Köşə yazıları - 24media.az

“Həsrətdən Zəfərə”
Şuşa... Bu adı hər dəfə eşidəndə qəlbimdə qəribə bir titrəmə olurdu. Çünki bu şəhər uzun illər həsrətində olduğumuz, yaddaşımızda həm gözəlliyi, həm də işğalın acısı ilə yaşayan bir şəhərdir. Mən də minlərlə Azərbaycanlı kimi bir gün o torpağa ayaq basacağım günü gözləyirdim.

2020-ci ilin Zəfər günlərində “Şuşanın azad olunma” xəbəri yayılanda sevincimin həddi-hüdudu yox idi. Həmin gün Ali Baş Komandamız, Cənab Prezident İlham Əliyev “Əziz Şuşa, sən azadsan” sözləri ilə xalqa müraciət edəndə elə bil illərlə sinəmizə yığılmış daş birdən-birə götürüldü. O gündən bəri mənim ən böyük arzularımdan biri “Azad Şuşanı” görmək idi. Və bu gün qürurla deyə bilərəm ki, o arzum gerçəkləşdi.

Şuşaya yol alarkən qəlbimdə böyük bir həyəcan vardı. Şəhərə daxil olarkən bizi ilk “Möhtəşəm Şuşa qalası” qarşıladı.

Sanki tarixin özü ayaq üstə dayanmışdı. Bu daşların hər birində qürur və qəhrəmanlıq hekayəsi danışır, kölgəsində zəfərin izləri görünürdü. Qalanın içərisinə daxil olarkən “Gəncə qapısının” möhtəşəmliyi diqqəti dərhal cəlb edir. Bu qapının hər daşında illərin həsrəti və zəfərin ətri var. Qarşısında dayananda isə insanın qəlbi fəxr hissi ilə dolur.

Sonrakı dayanacağım “Cıdır düzü” oldu. Qarşıma açılan möhtəşəm mənzərə insanın nəfəsini kəsir. Sanki bu torpaq özü insana azadlığın səsini çatdırır. Sonra “Yuxarı Gövhər Ağa məscidinə” üz tutdum. İllərlə susqun qalsa da, bu gün yenidən “Azan səsi” ətrafa yayılır. Minarələrindən səslənən hər nida sanki bütün Qarabağa “Şuşa azaddır!” deyə car çəkir.

Şuşaya gəlib, “İsa bulağına” baş çəkməmək insan üçün günah olardı. O bulaq ki, suyundan içən hər kəs sanki “Şuşanın nəfəsini, azadlığını” duyurdu. Onun şəffaf damcıları bu torpağın saflığını, müqəddəsliyini xatırladır. Hər qurtumunda həm möcüzə, həm də tarix gizlənir. Bulağın başına qoyulan “Şəhidlərimizin şəkilləri” insana bir daha xatırladırdı ki, bu anları onların sayəsində yaşayırıq.

Şuşanın küçələrində addımlayanda isə hər daşda həm ağrı, həm də zəfərin izi vardı. Bütün bunları görmək, bu hissləri yaşamaq yalnız bir səbəbin “İgid Şəhidlərimizin qəhrəmanlığının” nəticəsidir. Onlar canlarını fəda etməsə idilər, biz bu gün Şuşada azad nəfəs ala bilməzdik. Səfər boyunca hər addımımda onların ruhunu hiss etdim.

Elə anlar var ki, o anların sevinci o qədər böyük, qüruru elə dərin olur ki, onu sözlə ifadə etmək çətin olur. İndi daha yaxşı anlayıram, niyə dillərdəsən, Əziz Şuşa! İnsan duyğularının bir-birinə qarışdığı möcüzəvi Şuşa! Təbiətin öz sehri ilə bəzədiyi əsrarəngiz Şuşa! Azərbaycan tarixinin, mədəniyyətinin əbədi rəmzi – Şuşa! Hər daşında bir xatirə, hər nəfəsində bir tarix gizlənən müqəddəs Şuşa!

Bu səfər mənim üçün sadəcə bir yolçuluq deyil, həm də “vətən sevgisini”, “azadlığın qiymətini”, “şəhidlərimizin qəhrəmanlığını” bir daha anlamaq üçün böyük bir dərs oldu. İllərin həsrətini bitirən, qürurumu zirvəyə qaldıran bu səfər yaddaşımda ömürlük qalacaq.

Bu yazını Şəhid Kinyaz Orucovun timsalında Şuşa uğrunda canından keçən bütün şəhidlərimizə ithaf edirəm.

Nuray Əliyeva

Bayquşun da dar olmasın qəfəsi - Ağarza Elçinoğlu yazır
Dünən hamı İran prezidenti Məsud Pezeşkianın Bakıda "Heydərbabaya salam" poemasından səsləndirdiyi bir parçanı sevə-sevə paylaşdı. Amma onun həmin iki bəndi nə qədər həyəcanlı və qorxa-qorxa dediyini bir Allahı bildi, bir də özü. Sələflərinin taleyini də nəzərə alıb,-dedi! Qardaşının yanında ürəklənib, deməyi bacardı! Amazon meşələrindəki bir kəpənəyin qanad çırpması Amerikada fırtınaya səbəb ola bilirmiş. Buna "kəpənək effekti" deyilir. Məhəmmədhüseyn Şəhriyarın yazmış olduğu bu şeir də İran liderinin dilində nə qədər sakit səsləndisə, bir o qədər də qəlbinin dərinliklərində fırtına qopardı...

Pezeşkian Bakıya 120 nəfərlik nümayəndə heyəti ilə gəlmişdi axı. Hamısının üzündə "bolşe zəhrimara"! Əllərində olsa, onu Araz çayının bir qaşıq suyunda boğardılar. Əlqərəz, İran lideri şeiri səsləndirdikcə əzbər bildiyim həmin poemanı yenidən xatırladım. Elə bildim ki, imtahan verirəm. Tez yadıma saldım: 1954-cü ildə yazılıb, iki hissədən ibarətdir, Şəhriyarın uşaqlıq illərindən və Təbriz yaxınlığındakı Xoşginab kəndi ilə bağlı xatirələrindən bəhs edir. Heydərbaba kəndə baxan kiçik dağın adıdır, poema 125 bənddən ibarətdir...

Pezeşkian isə o boyda poemanın sadəcə 71 və 72-ci bəndlərini səsləndirdi. Fəqət, niyə? Səbəb isə bəllidir: Prezident də olsa, açıq-aşkar deyə bilmədiyi illərin dərdini qardaşına şeirlə çatdırır, üsyanını nəzmlə bildirir. Təbii ki, buna hər rəngdə siyasi don geyindirmək də olardı, amma bu, daha çox xalqları bir-birinə bağlayan mədəni bir məsələdir ki, bizdən başqa heç kim fərqinə varmır.

Onsuz da bizim şeirlərimizdə verdiyimiz sətiraltı mənaları vaxtilə nə SSRİ başa düşdü, nə də indi farslar anlayır. Yoxsa onlar Xəlil Rza Ulutürkün Moskvadakı Lefortovo zindanında yazdığı "Azadlıq həsrətini" başa düşdülər, ya da Şimalla Cənubun həsrətinə həmdərd olan "Ayrılıq" mahnısını anladılar? Həmin iki bənd də o nümunələrdəndir:

Bir uçaydım bu çırpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən

Ağlaşaydım uzaq düşən elinən...

Bir görəydim, ayrılığı kim saldı?

Ölkəmizdə kim qırıldı, kim qaldı?

Mən sənintək dağa saldım nəfəsi,

Sən də qaytar, göylərə sal bu səsi!

Bayquşun da dar olmasın qəfəsi,

Burda bir şir darda qalıb, bağırır

Mürüvvətsiz insanları çağırır...

Hər misrası bir açıqlama, analiz tələb edən bu iki bəndi molla rejimi yüz il də qalsa, idrak etməzlər. Onlar üçün bu, sıradan bir söz yığınıdır. Və tarixə düşəcək bu çıxışı Pezeşkianın hər zamankı şeir sevdasıdır deyib, üstündən keçəcəklər.

Amma bilməyənlər üçün ərz edim:

Şair burada vətən həsrətini, ayrılığın acısını və azadlıq istəyini ifadə edir. İlk misralardan başlayaraq, təbiət obrazlarından istifadə edərək, uçmaq, bağlaşmaq, ağlaşmaq kimi ifadələrlə öz içindəki yanğı və nisgili vurğulayır.

"Bir görəydim, ayrılığı kim saldı? Ölkəmizdə kim qırıldı, kim qaldı?" misralarında isə ayrılığın səbəbini sorğulayır, bu ayrılığın kim tərəfindən yaradıldığını bilmək istəyir. Yəni, Rusiya İmperiyası ilə Qacar İranının bir xalqı məcbur, qılınc gücünə ikiyə böldüyünü oxuyucuya çatdırır.

Şair nəfəsini dağlara salmaqla, bu səsi göylərə çatdırmaqla, bir haray çəkmək və onun çağırışının eşidilməsini istəyir. "Bayquşun da dar olmasın qəfəsi, Burda bir şir darda qalıb, bağırır" misralarında isə azadlığın məhdudlaşdırılmasını tənqid edir. Şir azadlığın rəmzi kimi təqdim olunur və onun dar vəziyyətdə olması zülm və əsarət simvolu kimi göstərilir.

Ümumilikdə isə Şəhriyar poemada ayrılıq, azadlıq və ədalət mövzularını poetik bir dillə ifadə edərək, insanları bu mövzular üzərində düşünməyə çağırır. Pezeşkian da məhz sözügedən bəndləri seçərək, fikrini çadırmış oldu.

Lakin o taydan bu taya axın edən hayqırtılar molla rejiminin bir qulağından girir, digərindən çıxır. Farslar tarixi Azərbaycan ərazilərini baxımsız, boynubükük saxlasa da, reallığı gizlədə bilməyərək oranı Şərqi Azərbaycan adlandırırlar. Buna görə də həmin ərazilərə bir rial belə ayrılmır. Bəlkə də onlar ermənilərin Qarabağla bağlı düşündükləri kimi, bir gün gedəcəklərini fikirləşirlər...

Çünki ermənilər də işğal etdikləri torpaqlara nəinki bir dram sərmayə qoymadılar, həm də Qarabağ və ətraf rayonları meşələrinə, daşlarına, təbii sərvətlərinə qədər taladılar. Farslar isə Urmiyanı qurudur, Təbrizi öz taleyinə tərk edib. Yadımdadır, həmin ərazilərdə zəlzələ olanda da Azərbaycanın yardım göndərməsinə icazə verilməmişdi. Molla rejimi hələ 1994-cü ildə mərhum prezidentimiz Heydər Əliyevin Təbrizə səfərinə süni əngəllər yaradaraq, onun cənublularla görüşünə mane olmuşdular. Yəni bu qorxu həmişə olub və belə görünür ki, olacaq...

Ağarza Elçinoğlu

“Biz bu işğalla barışmadıq”
27 Sentyabr. Heç bir şərh vermədən sadəcə bu tarixi desək, gözümüzün qarşısında sözlərlə anlatılmayacaq səhnələr canlanır. Saat 06: 00. Durmadan pozulan atəşkəs, sadəcə öz torpağında özünü qorumağa çalışan, bir o qədər də 30 il Vətən həsrəti çəkən xalqın özünümüdafiə üçün hərəkətə keçdiyi saat. Bəli, düz 30 il öz Vətənində öz torpağına həsrət qalan xalq. Qarabağ Universitetinin açılışı zamanı cənab İlham Əliyev demişdir ki, hər kəs elə bilirdi ki, biz bu işğalla barışacağıq. Hər kəs günü-gündən azadlığa dair ümidlərini itirirdi. Onlara da haqq verirəm, 30 il heç də az bir zaman deyil. Amma biz bu işğalla barışmadıq. İlham Əliyevin də dediyi kimi: “Biz bu işğalla barışmadıq”. Televiziyada bir-birinin ardından qələbə xəbərləri eşidirdik. 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı, 8 noyabr Şuşa, 10 noyabr Ağdam, daha sonra Laçın, Kəlbəcər işğaldan azad olundu. Bu xəbərləri eşitdikcə xalq sevincdən coşur, sanki bir bayram edirdi. Xeyli fərrarisi olan erməni döyüşçüləri, ümumilikdə erməni xalqı, bütövlükdə dünya əhalisi Azərbaycan xalqının cəsarətinə, əzmkarlığına heyrət edirdi. Lakin bir gözü gülsə də, digər gözü şəhidinə ağlayırdı xalqımın. Gün-gündən bayraq asılan qapıların, şəhid tabutu gələn evlərin sayı artırdı. Amma o övladlar bir ananın, bir atanın, bir evin övladları deyildilər. Bu övladlar bütöv xalqın, Azərbaycanın övladları idilər. Şəhid tabutları xalq tərəfindən “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları ilə qarşılanırdı. Bəs o xalq kim idi? O xalq təqaüdünü əsgərlərə bağışlayan qoca, pul qabına yığdığı qəpiklərini orduya vermək üçün gələn uşaq, atası dəfn edilərkən bacısının göz yaşını silən qardaş, oğlunun tabutu qarşısında xonça ilə oynayan ana, iki oğlunu bir gündə torpağa tapşırıb “Vətən sağ olsun”,– deyən ata, övladına “ Sən ulduzları sayıb bitirəndə atan gələcək” , – deyə onu ovunduran şəhid yoldaşı və s. və ilaxır. Bu insanlar idi xalq. O xalq ki, yaşından, kimliyindən asılı olmayaraq, könüllü olmaq üçün hərbi komissarlığın qarşısına yığılmışdı.

Sizə bir döyüşdən danışmaq istəyirəm: Dağlıq ərazi, strateji üstünlük düşməndə, odlu, ağır silahlara qarşılıq yüngül silahlar, çiyinlərində də çiyin-çiyinə vuruşduqları silahdaşları. Bu, bir nağıl deyil, həqiqətdir. Həm də Şuşa həqiqəti. Bəs nəticəsi? Nəticəsi də şəhərin ən gözəl yerində dalğalanan Azərbaycan bayrağı! Tarix bəlli, qalib bəlli!

Asiman Əliyeva

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, 3-cü kurs tələbəsi

Dünyanın ən böyük kitabxanası
Anzulə Pərvizqızı

BDU-nun müəllimi, 24media.az saytının rəhbəri

Amerikada “ABŞ İnstitutlarının Alimlər üçün 2024-cü ilin Tədqiqat Proqramı” (“SUSİ for scholars” ) çərçivəsində dünyanın ən böyük kitabxanasında – ABŞ-nin Vaşinqton şəhərində yerləşən Konqres Kitabxanasında olduq. Əsası 1800-cü ildə qoyulan, bir neçə dəfə yanğına məruz qalan Konqres Kitabxanası kitablar, səs yazıları, fotoşəkillər, xəritələr və əlyazmalar da daxil olmaqla 175 milyondan çox olan geniş kolleksiyası ilə tanınır.

470 dildə milyonlarla materialdan ibarət misilsiz dünya resursu hesab edilən bu kitabxana ABŞ Konqresinin əsas tədqiqat qolu və ABŞ Müəllif Hüquqları Bürosunun evidir.

1930-cu ildən “milli” statusunu alan, ABŞ büdcəsi hesabına özünü zənginləşdirmə hüququ qazanan kitabxana təkrarolunmaz bilik fondu hesab edilir. Qeyd edim ki, Konqres Kitabxanasından sonra digər əhəmiyyətli kitabxanalara aşağıdakılar daxildir:

Britaniya Kitabxanası (Birləşmiş Krallıq) - Təxminən 170 milyon resurs.

Şanxay Kitabxanası (Çin) - Təxminən 57 milyon resurs.

New York Public Library (ABŞ) - Təxminən 54 milyon resurs.

Çin Milli Kitabxanası - Təxminən 41 milyon resurs.

Rəqəmlərdən aydın olduğu kimi, bu kitabxanalarla müqayisədə Konqres Kitabxanası daha zəngindir.

ABŞ Konqres Kitabxanasında 6 mindən çox Azərbaycan dilində kitab olduğu bildirilir.

Daimi işçilərinin sayı 3172 nəfər olan Konqres Kitabxanası Capitol Hill-də üç binada yerləşir. Tomas Cefferson Binası (1897) Konqres Kitabxanasının əsas binasıdır. (Kitabxana 1800-cü ildə ABŞ Kapitolunun daxilində fəaliyyətə başlayıb.) Con Adams Binası 1938-ci ildə tikilib və Ceyms Medison Memorial Binası 1981-ci ildə tamamlanıb. Digər obyektlərə Fort Meade, Md.-də Yüksək Sıxlıqlı Saxlama Müəssisəsi (2002) və Culpeper, Vaşinqtonda Audio Vizual Mühafizə üçün Packard Kampusu (2007) daxildir. 1993-cü ildən etibarən kitabxana öz kolleksiyasını rəqəmsallaşdırıb və kitabları onlayn oxuma imkanı ilə təmin edir.

Kitabxana ABŞ prezidentinin təyin etdiyi və Senatın səsverməsi ilə təsdiq edilən Konqres Kitabxanaçısı tərəfindən idarə olunur. 1800-cü ildə qurulandan bəri, 14 sentyabr 2016-cı ildə and içmiş hazırkı rəhbər Karla Hayden də daxil olmaqla, Konqresin 14 Kitabxanaçısı olub.

Bütün ziyarətçilər Thomas Jefferson Binasına daxil olmaq üçün "hava limanına bənzər" təhlükəsizlik sistemini keçməlidirlər.

Ziyarət etdiyimiz Tomas Jefferson Binasının tikintisi memarlar John L. Smithmeyer və Paul J. Pelz tərəfindən müsabiqədə təqdim edilmiş layihə əsasında hazırlanıb. Bina 50-dən çox amerikalı heykəltəraş, rəssam və mozaika rəssamının istedadı nəticəsində təxminən 6,5 milyon dollara başa gəlib. Konqres Kitabxanasına səfərimizdə mərmər döşəmədən vitraj tavana qədər 75 fut hündürlükdə olan Tomas Cefferson Binasının möhtəşəm Böyük Zalında (Great Hall) olduq. Mərmər sütunlar, pilləkənlər, mozaika və rəsmləri ilə Amerikanın ən gözəl ictimai binalarından biri olan bu kitabxanada onun kolleksiyalarından hazırlanmış xüsusi sərgiləri izləməkdən zövq aldıq. Kitabxana ilə bir qədər də tanış olmaq üçün orada olan zaman digər iştirakçılarla çəkdiyimiz şəkilləri təqdim edirəm:

Necə media savadlı olaq?
Anzulə Pərvizqızı

Bakı Dövlət Universitetinin müəllimi,

24media.az saytının rəhbəri

Media savadlılığı və analitik düşüncə yalnız ölkəmizdə deyil, bütün dünyada günümüzün ən vacib müzakirə mövzularındandır. Bu sahədə aparıcı alimlərdən olan amerikalı professor Sanley Baran elmi əsərlərində 20-ci əsrin ortalarından istifadə olunan “Media savadlılığı”nın rolunu xüsusi vurğulayaraq, onun insanların müasir dövrdə media məzmunlarının daha bacarıqlı və bilikli istehlakçıları olmaqlarına kömək etdiyini qeyd edir. Belə ki, informasiyaya əsaslanan cəmiyyətdə daha inamlı və etik iştirakçı olmaq üçün media savadlı olmaq zəruridir. Bolluca media mənbələri və sürətli xəbər yayımına məruz qaldığımız hazırkı dövrdə əsaslandırılmış qərarlar vermək üçün məlumatları qiymətləndirməli, dezinformasiyanı müəyyən etməli və media ismarıclarını doğru analiz etməliyik.

Önəmli sual: media savadlılığı kontekstində analitik düşüncəni necə inkişaf etdirə bilərik?

Əvvəlcə qeyd edək ki, analitik düşüncəyə informasiya və mübahisəli məsələləri obyektiv təhlil etmək və qiymətləndirmək daxildir. Media savadlılığı kontekstində analitik düşüncə fərdlərin mənimsədikləri məzmunla bağlı mənbələrin etibarlılığını və mötəbərliyini qiymətləndirməyə, məntiqli görünən, əslində isə yanlış olan düşüncə və inancları müəyyənləşdirməyə, həmçinin onların əsaslı qərarlar qəbul etməklərinə kömək edir. Analitik düşüncəyə daha doğru məntiqli nəticələrə gəlmək üçün fərziyyələri sorğulamaq, müxtəlif baxış bucaqlarını nəzərə almaq və dəlilləri təhlil etmək daxildir.

Media savadlı olmaq məqsədilə analitik düşüncə aşağıdakı yollarla inkişaf etdirilə bilər:

Skeptik düşüncə ilə: Hər eşitdiyimizə, gördüyümüzə inanmaq məcburiyyətində deyilik. İnformasiyanı, mənbəni, iddianı düşünmədən qəbul etmək əvəzinə sorğulamaq lazımdır.

Araşdırma qabiliyyətini inkişaf etdirməklə: Təəssüf ki, bəzi insanlar bir çox şeyləri asanlıqla əldə etməyə meyilli olurlar. Bu yanaşma informasiya qəbulunda acı nəticələrə, yalanın daha çox yayılmasına gətirib çıxarır. Odur ki, tənbəllik etməyib, informasiyanı bir neçə mənbədən təsdiqləmək və faktları yoxlamaq kimi effektiv texnikalardan yararlanmalıyıq.

Müstəqil düşünməklə: Düşünürəm ki, bir çoxumuzda başqalarının fikirlərinə görə addım atmaq, o cümlədən onların təsirinə düşmək kimi zəif cəhətlər var. Halbuki sadəcə digərlərinin fikirlərinə etibar etməkdənsə, faktları və mülahizələri təhlil edərək öz düşüncəmizi formalaşdırmalıyıq.

Növbəti sual: Mənbələri qiymətləndirmək və yanlış informasiyanı necə aşkar etmək olar?

Mənə görə, əksər hallarda asanlıq və çətinlik qoşa addımladığı kimi, informasiya bolluğunun da fəsadları var. Sosial media və onlayn platformaların artması etibarlı mənbələri yanlış informasiya yayanlardan ayırmaqda çətinliklər törədir. Mənbələri qiymətləndirməyə mötəbərlilik, qərəzlilik, məsuliyyətlilik, təcrübəlilik, etibarlılıq daxildir. Yanlış informasiyanı aşkar etmək dedikdə isə onun qəsdən və ya bilməyərəkdən media kanalları vasitəsilə paylaşıldığını müəyyənləşdirmək nəzərdə tutulur.

Mənbəni qiymətləndirmək və yanlış informasiyanı aşkarlamaq üçün bir sıra strategiyalar nəzərə alınmalıdır:

Mənbənin nə dərəcədə etibarlı oluğunu dəyərləndirmək: İnternetdə və ya televiziyada tribuna qazanan hər kəs doğru informasiya yaymır. Odur ki, mənbənin və ya müəllifin təcrübəsi, reputasiyası, peşəkarlığı, hər hansı müəssisəyə mənsubiyyəti təhlil edilməlidir.

İnformasiyanı bir neçə mənbədən təsdiqləmək: Bəzən bir saxta məlumat bilərəkdən və ya bilməyərəkdən bir neçə yerdə yayılır. Belə yerdə mötəbər mənbə axtarmaq lazımdır. İnformasiyanın doğruluğuna və ardıcıllığına əmin olmaq üçün mötəbər mənbələr ilə yoxlamaq önəmlidir.

Dəstəkləyici dəlillər axtarmaq: Dəlilsiz məlumat bir çox hallarda söz yığını, cəfəngiyyatdır. Odur ki, informasiyanın rəy və fərziyyələrə yox, güvənilən dəlillərə söykəndiyinə əmin olaq.

Qərəz və şəxsi yanaşma olmadığına nəzər yetirmək: Nə qədər obyektiv olmağa çalışsaq da, insan olaraq düşüncələrimiz, hisslərimiz bəzən cilovlanmır. Hər bir şəxsin qərəzi və şəxsi düşüncələri var. Bu, qərəzin təqdim edilən informasiyaya necə təsir edə biləcəyini təhlil etmək ən doğru yoldur.

Faktyoxlama: Hazırda Azərbaycan və xarici dillərdə faktları yoxlamaq üçün bir çox saytlar fəaliyyət göstərir. Sadəcə tənbəllik etmədən faktları yoxlamaq üçün fəaliyyətdə olan saytlar vasitəsilə iddiaların doğruluğunu təsdiqləmək lazımdır.

Digər bir amerikalı alim Renee Hobbsa görə, media ismarıcları xüsusi ideya, düşüncəni ötürmək və gündəmi yaratmaq məqsədilə paylaşılır. Qərəzi müəyyənləşdirmək media məzmununu tənqidi təhlil etmək və ismarıcı dərk etməkdə mühüm rol oynayır. Qərəz hər hansı bir informasiyanı tam deyil, bir qismini seçməklə təqdim etmək, inandırcı dildən istifadə etmək və ya müəyyən baxış açılarını materialda qeyd etməmək, yəni ixtisar etməklə özünü göstərə bilər.

Sonuncu mühüm sual: media ismarıclarını təhlil etmək və qərəzi müəyyənləşdirmək üçün nələr etmək olar?

Məqsədi müəyyənləşdirmək: Media ismarıcının niyyətini anlamaq lazımdır. Yəni kontentin məlumatlandırmaq, inandırmaq, əyləndirmək və ya təhrik etmək məqsədilə paylaşıldığını müəyyən etməliyik. İsmarıcın məqsədini müəyyənləşdirmək potensial qərəzi aydınlaşdırmağa kömək edir.

İsmarıcın dilini və tonunu yoxlamaq: Paylaşılan kontetin dilinə və tonuna xüsusi diqqət yetirməliyik. Qərəzli ismarıclarda emosional dildən və ağır yüklü ifadələrdən daha çox istifadə olunur.

Mənbənin baxış bucağını nəzərə almaq: Mənbənin məzmuna təsir edə biləcək potensial qərəzini, hansı müəssisəyə bağlılığını və şəxsi marağını qiymətləndirməliyik.

Alternativ baxış bucaqları axtarmaq: Məzmunu daha yaxşı anlamaq və şəxsiqərəzlilikdən yayınmaq məqsədilə mövzu ilə bağlı daha çox informasiya və fikirlərlə tanış olmalıyıq.

Ümumiyyətlə, analitik düşüncə qabiliyyətini inkişaf etdirmək, mənbələri qiymətləndirmək və media ismarıclarını təhlil etməklə hər birimiz daha diqqətli informasiya istehlakçısı ola bilərik. Yalnız bu halda müasir media mənzərəsinin çətinliklərindən xilas olmaq üçün daha yaxşı silahlana bilərik.

Sapı özümüzdən olan baltalar-Qərənfil Dünyaminqızı
Təbii, hər bir xalqın, millətin taleyində, ağrılı-acılı məqamlarla yanaşı, qürurverici, xoşbəxt günləri də olur. Bizim xalqın taleyində də 28 may və 27 aprel günləri var. 28 may 1918-ci il. Qurtuluş, azadlıq, milli-həmrəylik günümüz! 27 aprel 1920-ci il. Sovet Rusiyası tərəfindən işğal edildiyimiz gün. Tək torpağımızın deyil, mənliyimizin, qürurumuzun, hər şeyimizin istila edildiyi gün.

Hörmətli oxucum, əgər desəm ki, 1991-ci ilin aprelində (Qarabağ müharibəsindən, qanlı yanvar faciəsindən sonra da) 28 apreli bayram kimi, əlamətdar gün kimi xalqa “sırımaq” istəyənlər var idi, yəqin ki, inanmayacaqsınız. Amma, təəssüflər olsun ki, bu, faktdır.

Bu günlərdə kitabxanada 1990-cı illərdə çap olunan dövrü mətbuatı vərəqləyirdim. Diqqətimi “Azərbaycan kommunisti” jurnalının 1991-ci ildə çıxan aprel və iyun sayları cəlb etdi. Həmin jurnalın iyun ayında (6-cı sayda, səh, 16-24) 28 apreli vəsf edən (məhz 1991-ci ildə ha), onu “əlamətdar gün”, “Azərbaycan xalqının taleyində ümid və arzularının, işıqlı ideyalarının başlanğıc günü” kimi adlandıran bir məqalə haqqında bəhs etmək istədim.

"Azərbaycan xalqının milli dövlət quruluşunun təşəkkülündə tarixi mərhələ" adlanan məqalənin müəllifi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Danil Piri oğlu Quliyevdir. Məqalə haqqında danışmazdan əvvəl Danil müəllimin kimliyi haqqında çox qısa məlumat vermək yerinə düşərdi. Çünki onu mənim yaşıdım olan nəsil tanıyır, gənc nəsil yox.

Danil Piri oğlu Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1947-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və III kursdan Moskva Dövlət Universitetinə köçürülüb. Moskvada aspiranturanı bitirib, müdafiə edib və Bakıya qayıdıb. 1967-ci ildən Kommunist Partiyasının üzvü olan Danil Bakı Ali Partiya məktəbinin rektoru, Azərbaycan SSR Təhsil naziri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin katibi və s. vəzifələrdə işləyib. 1995-ci ildə təqaüdə çıxıb, Almaniyaya köçüb və 2001-ci ildə dünyasını dəyişib, Berlində dəfn edilib.

Əslində, Danil müəllimin bütün məqalələrinin, əsərlərinin məğzi, forması başdan-ayağa sovet ideologiyasına uyğundur. Burada təəccüblü heç nə yoxdur. Çünki Danil müəllim əməlcə də, amalca da kommunist idi, sovet adamı idi. Amma 1990-cı ilin 20 yanvar faciəsindən sonra Kommunist Partiyasını, Sovet Hökumətini, hətta işğalçı XI Qızıl Ordunu vəsf edəcək məqalələr yazmaq məncə illərlə çörəyini yediyi, suyunu içdiyi Vətənə qarşı ən azı ləyaqətsizlikdir, hörmətsizlikdir, saymazlıqdır, tərbiyəsizlikdir...

D.Quliyev “Azərbaycan xalqının milli dövlət quruluşunun təşəkkülündə tarixi mərhələ” adlandırdığı məqaləsində “Tarixə qara yaxmaq, ağına-bozuna baxmadan Kommunist Partiyasına, Vladimir İliç Leninin şəxsiyyətinə, onun fəaliyyətinə və ideya-nəzəri irsinə böhtan atmaq yaramaz bir dəbə çevrilmişdir”,- deyə söyləyərək qəzəblə bunun əleyhinə çıxırdı. Amma Danil müəllim unudurdu ki, onun öz böyük qardaşları belə bu quruluşu tənqid edərək həqiqəti söyləyirdilər. “Literaturnaya qazeta”nın baş redaktoru Feodr Burlatski sovet quruluşunu “feodal sosializmi”, “feodal-patriarxal uklad” adlandırırdı.

Müəllif daha sonra “Hazırda respublikanın tarixçi və ictimaiyyətçiləri mühitində Azərbaycan tarixinin iki çox mühüm hadisəsini – 28 May 1918-ci il və 28 Aprel 1920-ci il hadisələrini bir-birinə qarşı qoymaq meyli yaranmışdır”,- deyərək qəzəblə bildirir ki, “bu iki əlamətdar gün Azərbaycan xalqının tarixində əsl milli bayramdır”. 28 Aprel işğalı Danil müəllim üçün bayram ola bilərdi (oldu da), amma Azərbaycan xalqı üçün uzun illər faciələrə, qətliamlara, dəhşətlərə məruz qalacaq günlərin başlanğıcı idi. Məhz buna görə Azərbaycan xalqı sovet işğalı ilə barışmadı və ona qarşı mücadiləyə qalxdı. Bu mübarizəni, mücadiləni susdurmaq üçün ölkəmizdəki saysız-hesabsız danillər 28 Aprelə hər cür don geyindirməkdən heç utanmadılar. (Yeri gəlmişkən bir faktı da qeyd edim ki, elə öz soydaşlarımızdan da, həmin vaxt 28 Aprelə mədhiyyə qoşanlar da az olmayıb. (Bax: həmin jurnalın 1991-ci ilin aprel ayında (4-cü sayında) “28 Aprel: yol davam edir” məqaləsinə, səh., 3-7. Məqalənin müəllifi, Kamran Nəbi oğlu Rəhimov (Kəngərli).

Maraqlıdır, tarixçi-alim D.Quliyev hansı mənbəyə, mənsəbə əsaslanaraq “Azərbaycan Demokratik Respublikasını Azərbaycan Sovet Sosialist Respublikasının müjdəçisi” adlandırır və “ADR-lə Azərbaycan SSR arasında özünəməxsus bir varislik olduğunu” sübut etməyə çalışırdı. “Həm 28 Aprel, həm də 28 May hörmətlə yad edilməyə və onların şəninə xoş sözlər deyilməyə layiqdirlər” söyləyən alim, doğrudanmı, bilmirdi ki, həmən gün sovetlərin Azərbaycana necə böyük faciələr yaşatdığını?

Tarixçi alim XI Qızıl Ordunu da mələk simasında təsvir edərək son illər onu tənqid edənlərə iradını belə bildirirdi: “Son vaxtlar XI Qızıl Ordunun rolu və 1920-ci il hadisələrində onun yeri haqqında xeyli tənqidi qeydlər, çox zaman isə qərəzli uydurmalar söylənilir”. Danil müəllimin mələk simasında təqdim etdiyi o işğalçı ordu “1920-ci ilin 27 aprelində Bolşevik Rusiyasının silahlı qüvvələri başda XI Ordu olmaqla Azərbaycan sərhədlərini keçib müstəqil bir dövlətin ərazisini işğal etdilər” və yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanı talamağa başladılar. Məhz bu ordunun gücü ilə ölkəmizdə 27 apreldən “Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu”. İşğalçılar təkcə “iki gün ərzində Bayıl həbsxanasında 300 nəfəri güllələdilər, 10 minə yaxın insan Sibirə sürgünə göndərildi”. Onların böyük əksəriyyəti işğalı qəbul etməyən ziyalılarımız idi. Bu haqsızlıqlar xalqı daha da hiddətləndirdi. Azərbaycanın hər yerində rejimə qarşı üsyanlar baş verdi.

Danil müəllim də yazırdı ki, “XI Qızıl Ordu da bu üsyanları yatırmaq, xalqa kömək etmək üçün gəlmişdir”. O, xalqa “köməyə” gələn işğalçı ordu təkcə “1920-ci ilin Aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfərin həyatına son qoydu. Təkcə Gəncə üsyanında 10 minədək soydaşımız həlak oldu”. Çox güman ki, Danil müəllim bunları bilməmiş olmazdı. Axı o, tarixçi idi və bunu da bilərdi ki, “Azərbaycanı Azərbaycan türklərindən təmizləmək siyasətini yürüdən Sovet hökuməti” bu çirkin siyasətini həyata keçirmək üçün hər cür alçaqlığa əl atdı.

Müəllif məqaləsinin sonunda yazırdı ki, “Sovet Hökuməti Azərbaycanda dövlət orqanlarının “türkləşdirilməsi”, kadrların azərbaycanlılar arasından seçilməsi, kargüzarlıq işlərinin Azərbaycan dilində aparılması prosesini çox müvəffəqiyyətlə həyata keçirirdi”. Burda rəhmətlik nənəmin tez-tez işlətdiyi sözü yadıma düşdü: “Yalançının atasına lənət”. İşğaldan dərhal sonra uzun illər Azərbaycana ermənilər, ruslar, Sergey Mironoviç Kirov kimi dədəsi, nənəsi bilinməyənlər rəhbərlik etdilər. Yox, buna rəhbərlik demək yanlış olardı, parçaladılar, hökm sürdülər.

Məqaləni sona kimi oxudum. Hər sətir, hər söz belə məni əsəbləşdirsə də, təəccübləndirmədi. Çünki onun müəllifi canı, qanı ilə “böyük qardaş”ına bağlı olan Danil idi. Məni təəccübləndirən o oldu ki, bu məqaləni çapa məsləhət görənlər də, icazə verənlər də (baş redaktor, redaksiya heyyəti, məsul katib) öz soydaşlarımız idi. Təəssüf, sapı özümüzdən olan baltalar dünən də olub, bu gün də var, sabah da olacaq…

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist