24media.az

Ər-Riyad hava limanına hücum nəticəsində 12 nəfər həlak olub
GACA-nın yaydığı bəyanatda dünən günortadan sonra Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücumla bağlı yenilənmiş məlumatlar təqdim edilib.

Bəyanatda hücum nəticəsində ümumilikdə 12 nəfərin — Səudiyyə Ərəbistanının dörd vətəndaşının və ölkədə yaşayan səkkiz əcnəbinin həyatını itirdiyi qeyd olunub.

Həlak olan əcnəbilərdən ikisinin Banqladeş, digərlərinin isə ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları olduğu bildirilib.

Bəyanatda 309 nəfərin xəsarət aldığı və yaralıların, o cümlədən vəziyyəti ağır olanların xəstəxanalarda lazımi tibbi yardım almağa davam etdiyi qeyd olunub.

Həmçinin hava limanında hücum nəticəsində dəymiş maddi ziyanın qiymətləndirilməsi və inventar yoxlamalarının aparılması istiqamətində işlərin davam etdiyi vurğulanıb.

GACA daha əvvəl açıqlamışdı ki, oktyabrın 6-dan 8-dək Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına qarşı husilər tərəfindən həyata keçirilən hücumlarda dörd nəfər həlak olub, çoxlu sayda insan isə xəsarət alıb.

Son vaxtlar Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşmaların şiddətlənməsi fonunda İranın dəstəklədiyi husilər hücuma məruz qaldıqlarını iddia edərək Səudiyyə Ərəbistanını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəf alırlar.

Yəməndə vətəndaş müharibəsi husilərin 2014-cü ilin sentyabrında paytaxt Sənanı və bir sıra əyalətləri ələ keçirməsindən sonra başlayıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini dəstəkləyir.

Nəzrin Nəsirova

Edam cəhdindən sağ çıxan məhkum həbsxanaya qaytarılıb
ABŞ-də ölüm cəzasına məhkum edilmiş Krista Payk keçən ayın sonunda baş tutmayan edam cəhdindən sonra müalicə olunduğu xəstəxanadan buraxılaraq yenidən həbsxanaya qaytarılıb. Bu barədə məlumat məhkumun vəkillərinin şənbə günü yaydığı rəsmi bəyanatda yer alıb.

ABŞ-də edam cəhdindən sağ çıxan ölüm mahkumu Krista Payk məhkəmə zalında

24media.az BBC-yə istinadən xəbər verir ki, 50 yaşlı qatil son 30 ilini keçirdiyi həbsxanada tibbi nəzarət altında qalmaqda davam edir. Sentyabrın 30-da iki dəfə ölümcül "pentobarbital" iynəsi vurulmasına baxmayaraq sağ qalan Payk ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Xəstəxanada huşunu bərpa edən və danışmağa başlayan məhkumun vəziyyəti mütəxəssisləri, tibb heyətini və vəkillərini təəccübləndirib. Vəkillərinin sözlərinə görə, ayılandan sonra onun ilk sözləri "Mən haradayam?" və "Siz kimsiniz?" olub. Məhkum fövqəladə şəraitdə göstərilən tibbi yardıma görə həkimlərə minnətdarlığını bildirib.

Krista Payk ölümcül iynə ilə edam cəhdindən sağ çıxan yeganə şəxs hesab olunduğu üçün bu hadisə hüquq praktikasında görünməmiş hallardan birinə çevrilib. Tennessi ştatı baş prokurorunun köməkçisi Uill Eyres məhkəmədə edamın yenidən təyin olunub-olunmayacağı ilə bağlı hələlik qərar verilmədiyini bildirib. Hakim ştat rəhbərliyinə uğursuz edamla bağlı bütün sübutları saxlamamağı tapşırıb.

Hüquqi və etik baxımdan uğursuz edam cəhdləri insan hüquqları və cəza icra sistemi çərçivəsində ciddi müzakirələrə yol açır. Edam prosesində baş verən texniki və ya tibbi qüsurlar cəzanın qəddarlıq elementini artırır və ştatın məsuliyyətini gündəmə gətirir. Bu kimi hallar gələcəkdə edam üsullarının yenidən dəyərləndirilməsinə və ya hüquqi iddiaların qaldırılmasına zəmin yaradır.

Məhkəmə prosesinin gedişatı və ştat rəhbərliyinin verəcəyi son qərar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Fatimə Salmanlı

ABŞ-də qasırğa: 2 ölü var, 800 mindən çox insan elektriksiz qalıb
ABŞ-nin cənub ştatlarında “Isaias” qasırğasının təsirləri davam edir. Təbii fəlakət nəticəsində 2 nəfər həyatını itirib, 800 mindən çox insan isə elektriksiz qalıb.

24media.az TRT HABER -ə istinadən xəbər verir ki, meteoroloqlar qasırğanın dünən gecə Floridanın Destin şəhəri yaxınlığında saatda təxminən 170 kilometr sürətlə quruya çatdığını bildiriblər. İkinci kateqoriyalı qasırğa daha sonra Alabama istiqamətində irəliləyərək sürətini itirib və tropiksonrakı siklona çevrilib.

Yerli rəsmilərin məlumatına görə, “Isaias” qasırğası Corciya ştatı da daxil olmaqla, bir neçə ştatda 800 mindən çox insanın elektrik enerjisiz qalmasına səbəb olub. Cefferson qraflığının Fövqəladə Hallar İdarəetmə Agentliyinin məlumatına əsasən, Alabama ştatının Birmingem şəhərində ağacın yaşayış evinin üzərinə aşması nəticəsində bir nəfər ölüb. Floridanın Eskambiya bölgəsində də oxşar hadisə nəticəsində bir nəfərin həyatını itirdiyi təsdiqlənib. Meteoroloqlar bəzi ərazilərdə yağıntının 38 santimetrə qədər çata biləcəyi barədə xəbərdarlıq ediblər.

Həmçinin tornado, güclü külək və intensiv yağış təhlükəsinin olduğu bildirilib.Yerli rəsmilər mümkün daşqınlar və tornadolarla bağlı sakinləri ehtiyatlı olmağa, təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıblar.

ABŞ-də 2024-cü ilin oktyabrında baş verən “Milton” qasırğasından sonra, məqalədə qeyd olunduğu kimi, təxminən iki il ərzində quruya çatan qasırğa qeydə alınmamışdı.

Fidan Mənsimova

Aİ süni intellektin risklərinə qarşı mübarizəyə hazır olduğunu bildirir
Avropa İttifaqının (Aİ) texnologiya məsələləri üzrə məsul nümayəndəsi Henna Virkkunen cümə günü Reuters agentliyinə bildirib ki, ittifaqın iki il əvvəl qəbul etdiyi süni intellektdən istifadə qaydaları nəzarətdən çıxa biləcək süni intellekt sistemlərinin yaratdığı risklərlə mübarizə aparmaq üçün kifayət qədər güclüdür.

24media.az Reuters-ə istinadən bildirir ki, “OpenAI” və “Anthropic” şirkətlərində baş vermiş son hadisələr dünyada narahatlığı artırıb. Bu hadisələr süni intellekt sistemlərinin insan nəzarətindən çıxa biləcəyi ilə bağlı qorxuları gücləndirib.

Süni intellektin istifadəsini risk səviyyəsinə uyğun tənzimləyən Aİ-nin Süni İntellekt Aktı bu sahədə dünyanın ən sərt qaydalarından biri hesab olunur. Virkkunen bildirib ki, bu qanun süni intellekt modellərinin bütün həyat dövrünü əhatə edir.

Onun sözlərinə görə, tənzimləyici qurumlar şirkətlərə süni intellekt modellərinin təhlükəsizliyini necə qiymətləndirmək barədə tövsiyələr verir. Bu prosesdə universitet və elmi müəssisələrdən olan 60 mütəxəssisin tövsiyələri də nəzərə alınacaq.

Virkkunen Aİ-nin süni intellekt qaydalarının artıq köhnəldiyi barədə şirkətlərin tənqidlərini də qəbul etməyib. O vurğulayıb ki, qaydalar hazırlanarkən texnologiyanın gələcək inkişafı, risklərin qiymətləndirilməsi və müstəqil ekspertlərin iştirakı nəzərə alınıb.

Avropa Komissiyası avqustun sonunda 30-dan çox süni intellekt şirkətindən təhlükəsizlik tədbirləri, şəffaflıq və müəllif hüquqları ilə bağlı məlumat tələb edib. Bu müraciətlər araşdırmalara səbəb ola bilər. Qayda pozuntuları müəyyən edilərsə, şirkətlər qlobal illik gəlirlərinin 7 faizinədək cərimə oluna bilərlər.

Virkkunnenin sözlərinə görə, Komissiya Çin mənşəli süni intellekt şirkətlərindən də məlumat tələb edib. O qeyd edib ki, hazırda bazarda ən güclü süni intellekt modellərinin bir qismi ABŞ və Çin şirkətlərinə məxsusdur.

Emiliya Vəlicanova

İstənilən dili sərbəst öyrənməyin yolları
Yeni dili sərbəst öyrənmək aşağıdakı tövsiyələrə əməl etməklə daha asan ola bilər.

24media.az edu-live.com-a istinadən xəbər verir ki, əksər insanlar dil öyrənərkən əsas məqsəd kimi həmin dildə sərbəst danışmağı məqsəd qoyurlar. Bu proses ilk mərhələdə çətin və qorxuducu görünə bilər, lakin müəyyən vərdişləri formalaşdırmaq və düzgün üsullardan istifadə etmək öyrənmə prosesini asanlaşdıra bilər.

Yeni dilin mühitinə daxil olun

Dil öyrənən insan gündəlik həyatında həmin dildən nə qədər çox istifadə edərsə, öyrənmə prosesi bir o qədər asanlaşa bilər. Bunun üçün mobil telefonun dilini öyrəndiyiniz dilə dəyişə, həmin dildə podkastlara qulaq asa və filmlərə baxa bilərsiniz. Dil mühitinə daxilolma metodu dil öyrənməyin ən effektiv üsullarından biri hesab olunur. Bu yanaşma həmçinin sözlərin müxtəlif kontekstlərdəki məna çalarlarını və danışıq dilinə xas ifadələri mənimsəməyə kömək edir.

Özünüzə ən uyğun dilöyrənmə platformasını seçin

Lingoda, Fluenz və iTalki kimi platformalar dil öyrənmə prosesini sürətləndirə bilər. Burada əsas məqam məqsədlərinizə uyğun vasitəni seçməkdir. Məsələn, videozəng vasitəsilə dərslər keçmək və sertifikatlı müəllimlərlə öyrənmək istəyirsinizsə, iTalki platformasından istifadə edə bilərsiniz.

Öyrənmə prosesini planlaşdırın

Dil öyrənmə prosesinin sistemli şəkildə təşkil edilməsi faydalı ola bilər. Məsələn, yerinə yetirməli olduğunuz tapşırıqları bölmək və dilin hər bir istiqamətinə müəyyən vaxt ayırmaq irəliləyişinizi izləməyə kömək edər. Bunun üçün gündəlik planınızı belə qura bilərsiniz: 15 dəqiqə sözlərin təkrarı, 30 dəqiqə dinləmə və oxu, 15 dəqiqə isə danışıq məşqləri.

Dil qanunauyğunluqlarını təhlil edin

Hər bir dil onu digər dillərdən fərqləndirən özünəməxsus xüsusiyyətlərə və qanunauyğunluqlara malikdir. Buna görə də cümlə quruluşuna diqqət yetirmək, həmin dildə cümlələrin necə formalaşdığını və hansı modellər əsasında qurulduğunu öyrənmək vacibdir. Bu yanaşma sadəcə dərslikdəki tapşırıqları yerinə yetirməklə müqayisədə daha səmərəli ola bilər.

Yeni dili sərbəst öyrənmək tamamilə mümkündür. Bunun üçün əsas məsələ düzgün strategiya seçmək və öyrənmə prosesində ardıcıl olmaqdır.

Tərcümə etdi: Nərmin Məmmədzadə

“Virgin” şirkəti “Eurostar”a rəqib olmağa hazırlaşır
“Virgin” şirkəti 2030-cu ildə Londondan Avropa qitəsinə sərnişin daşımalarına başlamağı planlaşdırıb. Şirkət yeni qatarların dizaynı və xidmət keyfiyyəti ilə rəqibi “Eurostar”ı geridə qoymağa çalışacaq.

“Virgin” şirkəti gələcəkdə istifadəyə verəcəyi La-Manş boğazından keçən qatarın maketini təqdim edib. Şirkət yeni layihə vasitəsilə sərnişinlərə fərqli səyahət təcrübəsi təqdim etməyi hədəfləyib.

Şirkət qatarların istehsalı üçün Fransanın “Alstom” şirkətinə 12 qatar sifariş edib. Yeni qatarların dizaynı və sərnişinlərə göstəriləcək xidmətlər baxımından “Eurostar”la rəqabət aparması nəzərdə tutulur.

“Virgin” şirkətinin Böyük Britaniyada dəmir yolu nəqliyyatını yeniləmək istiqamətində əvvəlki təşəbbüslərindən biri 2013-cü ildə şəhərlərarası qatarlarda danışan tualet oturacağının tətbiqi ilə yadda qalıb. Şirkət yeni qatarların hazırlanmasında aviasiya, kruiz və hotelçilik sahələrindəki təcrübəsindən yararlanacağını bildirib.

Layihənin təfərrüatları hələlik açıqlanmayıb. Bununla belə, şirkət “Virgin Atlantic” aviaşirkətinin hava limanlarında sərnişinlər üçün nəzərdə tutulan “Clubhouse” istirahət salonlarının təcrübəsindən istifadə etməyi planlaşdırır. Məqsəd yola düşməzdən əvvəl və səfər zamanı sərnişinlərin işləyə, dincələ və ünsiyyət qura biləcəyi rahat məkanlar yaratmaqdır.

Qatarlarda təqdim olunacaq yeməklərin “Virgin” şirkətinin kruiz gəmilərindəki menyulardan, interyer dizaynının isə “Virgin Hotels” hotelçilik brendindən ilhamlanacağı bildirilib.

“Virgin” şirkətinin Londonla Avropa qitəsi arasında yeni dəmir yolu xidmətlərinə 2030-cu ildə başlaması nəzərdə tutulur. Bu, La-Manş tunelinin açılışından sonra “Eurostar” üçün ilk ciddi rəqabət mərhələsi olacaq.

Mənbə:The Guardian

Tərcümə etdi:Fərid Tapdıqov

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub
Azərbaycan Dövlət Kukla Teatrının repertuarında özünəməxsus yeri olan “Gözəl və Bədheybət” tamaşası yenilənmiş kuklalar və yeni səhnə geyimləri ilə tamaşaçılara təqdim olunub.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, fransız yazıçısı Madam Leprens de Bomonun dünyaca məşhur əsəri əsasında hazırlanan tamaşa sevgi, mərhəmət, xeyirxahlıq və daxili gözəllik kimi dəyərləri ön plana çəkir.

Nağılın əsas ideyası zahiri görünüşün insanın həqiqi mahiyyətini müəyyən etmədiyini, əsl gözəlliyin insanın qəlbində, davranışında və başqalarına münasibətində olduğunu vurğulayır. Bir çox bədii və animasiya filmlərinə mövzu olan bu əsər müxtəlif nəsillərin maraqla izlədiyi klassik hekayələrdəndir.

Kukla Teatrının səhnə yozumunda isə tanış nağılın təqdimatına özünəməxsus yanaşma sərgilənir. Animasiya filmlərindən tanıdığımız sehrli dünyanın səhnə imkanları ilə yenidən qurulduğu tamaşada klassik kukla üslubu, müxtəlif texnikalarda hazırlanmış kuklalar və canlı plan oyunu vəhdət təşkil edir. Burada əsas diqqət yalnız kuklaların hərəkətinə deyil, aktyorun canlı ifasına, jest və mimikalarına, fərdi ifadə maneralarına da yönəlir. Kukla və aktyor ifasının qarşılıqlı əlaqəsi səhnə hadisələrini daha canlı, emosional və təsirli edir, tamaşaçıya nağılın duyğusal qatlarını fərqli şəkildə yaşamaq imkanı yaradır.

Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Cahangir Zülfüqarovdur.

Səhnə əsərində obrazları teatrın aparıcı aktyorları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Aygül Ağayeva, Cavid Telman, Rəhim Rəhimov, Araz Həsənli və Nərmin Əhmədova canlandırırlar.

“Gözəl və Bədheybət” tamaşası uşaqları nağılın sehrli dünyasına dəvət etməklə yanaşı, onlara insanı zahiri görünüşünə görə deyil, qəlbinə və əməllərinə görə qiymətləndirməyin vacibliyini aşılayır. Payız günlərində səhnəyə bahar ovqatı gətirən tamaşa balaca teatrsevərlərə və ailələrə unudulmaz teatr görüşü vəd edir.

Piranə Seyran

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır
Gürcüstanın mədəniyyət naziri Maya Bitadze nazirlik sisteminə daxil olan dövlət teatrlarının rəhbərləri və nümayəndələri ilə görüşüb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Heydər Əliyev adına Tbilisi Azərbaycan Peşəkar Dövlət Dram Teatrının nümayəndəsi də iştirak edib.

Tədbirdə dövlət teatrlarının nümayəndələri sahənin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla maddi-texniki bazanın yenilənməsi, həmçinin inzibati və infrastruktur istiqamətində mövcud olan çətinlikləri müzakirə ediblər. Xüsusilə teatrlarda texniki peşələr üzrə kadr çatışmazlığının vacib problemlərdən biri olduğu qeyd edilib və bu istiqamətdə təxirəsalınmaz həll yollarının tapılmasının zəruriliyi vurğulanıb.

Nazir Maya Bitadze sektorun gələcək inkişafı üçün ümumi vizyonun formalaşdırılmasının vacibliyini qeyd edərək, Nazirliyin teatr sektorunu hərtərəfli dəstəkləmək üçün daha çevik mexanizmlər üzərində işlədiyini diqqətə çatdırıb.

Nazirlikdən verilən məlumata görə, Gürcüstanın 2027-ci il üçün dövlət büdcəsinin ilkin layihəsində Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılıb.

Teatra ayrılan ümumi vəsait 422 200 lari (təqribən 276 000 manat) təşkil edir. Bu rəqəm əvvəlki ilin (2026-cı il) göstəricisi ilə müqayisədə 45 200 lari çoxdur.

Maliyyələşdirmənin bölgüsünə əsasən, vəsaitin 390 400 larisi birbaşa əməkhaqlarının ödənilməsinə, qalan 1 000 larisi isə digər xərclərin qarşılanmasına yönəldiləcək.

Eyni zamanda, qanunvericilik çərçivəsində göstəriləcək xidmətlərdən teatra əlavə olaraq 30 800 lari gəlir əldə etmək hüququ tanınır.

Piranə Xasiyeva

Alimlər vəhşi heyvanlar üçün sensor hazırlayıblar
Kolorado Dövlət Universitetinin alimləri meşə yanğınları zamanı vəhşi heyvanların nəfəs aldığı havanın keyfiyyətini ölçən kiçik sensor hazırlayıblar. Cihaz heyvanların boyunluqlarına GPS izləyiciləri ilə birlikdə yerləşdirilə bilər.

Foto: pixabay

Phys.org saytının məlumatına görə, bu texnologiya yanğın tüstüsünün heyvanların sağlamlığına və davranışına təsirini öyrənməyə kömək edəcək. Sensor havadakı zərərli PM2.5 hissəciklərini ölçür, günəş enerjisi ilə işləyir və məlumatları hər 30 dəqiqədən bir qeydə alır.

Marallar üzərində aparılan sınaqlar göstərib ki, yaxın ərazilərdə belə havanın keyfiyyəti fərqli ola bilər. Heyvanlardakı sensorların göstəriciləri bəzən ən yaxın hava ölçmə stansiyalarının məlumatlarından 10 dəfə fərqlənib.

Tədqiqatçılar bu texnologiya vasitəsilə yanğın tüstüsünün vəhşi heyvanlara təsirini daha yaxşı öyrənməyi planlaşdırırlar. Toplanan məlumatlar həmçinin heyvanları tüstünün zərərli təsirindən qorumaq üçün tədbirlərin hazırlanmasına kömək edə bilər.

Mənbə: www.zakon.kz
Tərcümə etdi: Aysel Mehtizadə

Tramp Rusiyadan dizel yanacağının idxalı ilə bağlı razılaşma elan edib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyadan ABŞ-yə dizel yanacağının idxalı ilə bağlı razılaşma elan etməsini pisləyib.

Donald Tramp və Vladimir Putin ötən il Alyaskada görüşüblər.

24media.az BBC.news-a istinadən xəbər verir ki, Zelenski bu addımı Rusiya Prezidenti Vladimir Putinə hədiyyə adlandıraraq bunun “sona çatdırılmalı, uzadılmamalı olan müharibəyə investisiya” olduğunu bildirib. Tramp Putinin dərhal ABŞ və dünya bazarına 300 min ton dizel yanacağı tədarük etməyə razılaşdığını deyib. Onun sözlərinə görə, noyabrda daha 500 min ton, bundan sonra isə əlavə bir milyon ton yanacaq göndəriləcək.

Məlumata görə, razılaşma çərçivəsində ABŞ Maliyyə Nazirliyi Rusiyadan dizel yanacağının ixracına tətbiq edilən sanksiyaları aprelin 7-dək müvəqqəti dayandırır. Bununla belə, ABŞ banklarında saxlanılan vəsaitlər kimi digər Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq. Tramp əlavə olaraq, Rusiyadan qısa müddət ərzində daha üç milyon ton dizel yanacağının tədarük ediləcəyini bildirib. Bunun Rusiyanın neft emalı zavodlarının vəziyyətindən asılı olacağı qeyd edilib. Həmin zavodlar Ukraynanın hücumlarına məruz qalıb. Putin isə Rusiyanın ABŞ və dünya bazarlarını neft və neft məhsulları ilə təmin etməyə hazır olduğunu bildirib. Lakin onun açıqlamasında konkret tədarük həcmləri göstərilməyib.

Zelenski sosial şəbəkədəki paylaşımında Rusiyanın bu tədarükün əvəzini “daha çox terrorla” çıxacağını bildirib. “Biz Ukraynada insanların həyatını qorumaq üçün Amerikanın ədalətli dəstəyinə və ABŞ-nin Rusiya ilə sərt danışıq aparmasına ümid edirik. Bu danışıq zəif deyil, sərt olmalıdır”, – deyə o yazıb.

Analitiklər isə Rusiyanın bu həcmdə dizel yanacağı tədarük etmək imkanına və razılaşmanın ABŞ-də yanacaq qiymətlərinə təsirinə şübhə ilə yanaşıblar. Quilter Cheviot investisiya strategisti Tim Armitic bildirib ki, Trampın açıqladığı ilk 300 min tonluq tədarük təxminən 2,25 milyon barelə bərabərdir. ABŞ-də gündəlik dizel istehlakı isə təxminən 3,8 milyon bareldir. Onun fikrincə, bu tədarük ABŞ-də yanacaq qiymətlərinə ciddi təsir göstərməyəcək.

ABŞ-də dizel yanacağının orta qiyməti hazırda bir qallona görə 6,28 dollar təşkil edir. İran müharibəsi nəticəsində enerji qiymətlərinin artması Tramp administrasiyası üçün siyasi təzyiqləri də gücləndirib. Razılaşma ABŞ-nin əvvəlki sanksiya siyasəti ilə bağlı suallar da yaradıb. Belə ki, ABŞ Konqresi bu yaxınlarda Rusiya nefti və qazını idxal edən ölkələrə qarşı yeni sanksiyalar və gömrük rüsumlarının tətbiqinə icazə verən qanun qəbul edib. Qanun Tramp tərəfindən imzalanıb.

Bu səbəbdən razılaşma Trampın Avropadakı müttəfiqləri və ABŞ-də Ukraynanı dəstəkləyən siyasətçilər tərəfindən tənqid oluna bilər. Onlar bu addımın Rusiyanın müharibəni maliyyələşdirməsinə kömək etdiyini düşünürlər. Razılaşmanın yanacaq qiymətlərinə təsiri hələ də qeyri-müəyyəndir. Brent markalı xam neftin qiyməti bir barel üçün 103 dollardan yuxarıdır. İran müharibəsindən əvvəl isə bu göstərici təxminən 73 dollar təşkil edirdi.

Rusiya bu il Ukrayna dronlarının neft emalı zavodlarına hücumları nəticəsində ciddi yanacaq çatışmazlığı ilə üzləşib. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, ölkədə dizel yanacağının istehsalı təxminən 30 faiz azalıb. Zelenski hücumları Rusiyanın Ukraynanın enerji sektoruna qarşı illərdir davam edən hücumlarına cavab kimi qiymətləndirib.

Razılaşmanın Rusiyanın ABŞ-yə yanacaq tədarükünü hansı mexanizmlə həyata keçirəcəyi və bunun müqabilində nə əldə edəcəyi hələ aydın deyil. ABŞ Maliyyə Nazirliyi isə Trampın açıqlamasından sonra Rusiya dizelinin bazara daxil olmasına icazə verən müvəqqəti lisenziya verib.

Banuçiçək Qurbanova