Bu gün:

Dünyanın dörd bir yanından maraqlı uğursuzluq inanc­ları


Hər bir ölkədə və mədəniyyətdə müxtəlif batil inanclar mövcuddur. Bunların bəziləri günümüzdə də insanlar tərəfindən qəbul edilir.


Rusiya – Çamaşırı tərs asmaq dava gətirər.

    •    Çexiya – Müxtəlif biraları eyni stəkanda qarışdırmaq uğursuz sayılır.

    •    Yunanıstan – 13-cü gün çərşənbəyə düşərsə, pislik gətirəcəyi düşünülür.

    •    Latın Amerikası – Çərşənbə günü evlənmək uğursuz sayılır.

    •    Cənubi Koreya – Ayaqları yelləmək şansı və sağlamlığı azaldar.

    •    Çin – Balığı çevirmək uğursuzluq gətirir. Dörd rəqəmi də “ölüm” sözünə oxşadığı üçün pis sayılır.

    •    İsveç – Açarlıqları masaya qoymaq uğursuzluq sayılır.

    •    Tacikistan – Pul, iynə və qayçı əldən-ələ verilməz, stolun üstünə qoyularaq götürülür.

    •    Azərbaycan – Duz və ya istiot töküləndə dava çıxacağı düşünülür. Onun üstünə bir az şəkər səpilir.

    •    Türkiyə – Ay işığını əks etdirən sudan içmək uğursuzluq gətirir.

    •    İngiltərə – Evin içində çətir açmaq, masaya ayaqqabı qoymaq və büdrəmək uğursuzluq hesab olunur.

    •    Serbiya – Yeni doğulan körpəyə gözəl sözlər demək uğursuzluq sayılır. Ona görə də körpələrə “çirkin” deyərlər.

    •    Almaniya – Doğum gününü qabaqcadan təbrik etmək pislik gətirir.

    •    İspaniya – Sarı paltar hədiyyə etmək və otağa sol ayaqla girmək uğursuzluq hesab olunur.

    •    Meksika – Qarşı-qarşıya qoyulan güzgülər pislik gətirir.

    •    Filippinlər – Dəfn mərasimindən sonra birbaşa evə getmək olmaz, çünki ruh insanı izləyə bilər.

    •    Braziliya – Çantanı və ya cüzdanı yerə qoymaq kasıblıq gətirər.

    •    İrlandiya və Şotlandiya – Tək saksağan görmək uğursuzluq sayılır, amma iki dənə görmək bu pisliyi pozur.

    •    Yaponiya – Yemək çubuqlarını yeməyə sancmaq, yatağın başını şimala qoymaq uğursuzluq gətirir.

    •    Norveç – Günəşli havada fit çalmaq yağış gətirər.

    •    Hindistan – Çərşənbə günü saç kəsdirmək uğursuzdur.

    •    Kanada – Hamilə qadın balıq istəyirsə, yeməsə uşağın başı balığa oxşayacaq deyə inanılır.


Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et