Bu gün:

Kaliumun gizli mənbəyi bu qidadır!


Kalium bədən üçün həyati bir mineraldır və bir çox vacib funksiyalara malikdir. İlk növbədə, sinir, əzələ funksiyası, maye və elektrolit tarazlığı, qan təzyiqinə nəzarət və ürək sağlamlığı kimi bir sıra vacib prosesləri dəstəkləyir. Kalium çatışmazlığı sinir sistemi xəstəliklərinə, əzələ zəifliyinə və anormal ürək ritmlərinə səbəb ola bilər. Buna görə kalium qəbuluna diqqət yetirmək çox vacibdir. Bəs hansı qida maddəsində ən çox kalium var?

Sağlamlığımızı qorumaqdan ötrü gündəlik kalium ehtiyaclarımızı ödəmək üçün qayğı göstərmək bədənimizin sağlam işləməsini təmin etmək üçün vacib bir addımdır. Bunu sizə tövsiyə edəcəyimiz qidaları mütəmadi olaraq yeyərək də təmin edə bilərsiniz.

Dadının kəskinliyi hər yeməkdə görünən turp, əslində, yeməklərinizə dad verməkdən daha çox şey edir. İlk növbədə, kaliumla zəngin olmaqla yanaşı, çoxsaylı sağlamlıq faydaları da var. Turp haqqında bilməli olduğunuz şeylər...

Turpun faydaları

Dilimlənmiş turpun ½ fincan porsiyası təxminən 12 kaloridir və demək olar ki, yağsızdır, buna görə sağlam qidalanmağınız onu dəstəkləyəcəkdir. Bu qəlyanaltı kimi seçə biləcəyiniz əla sağlıqlı alternativdir.

Yalnız ½ fincan gündəlik tövsiyə olunan miqdarın təxminən 14 faizini təmin edir. C Vitamini bədəndəki sərbəst radikallarla mübarizə aparmağa kömək edən və yaşlanma, sağlam olmayan həyat tərzi və ətraf mühitin toksinlərindən qaynaqlanan hüceyrə zədələnməsinin qarşısını alan bir antioksidandır. C vitamini dəri və qan damarlarının sağlamlığını dəstəkləyən kollagen istehsalında da mühüm rol oynayır.

Eyni zamanda, turp ehtiva edir;

Kalium

Folik turşusu

Riboflavin

Niasin

Vitamin B-6

Vitamin K

Kalsium

Maqnezium

Sink

Fosfor

Mis

Manqan

Natrium

Antixərçəng xüsusiyyətinə malikdir

Turp kimi xaçlı tərəvəz yemək xərçəngin qarşısını almağa kömək edə bilər. Linus Pauling İnstitutuna görə, xaçlı tərəvəzlərdə su ilə birlikdə izotiyosiyanatlara parçalanan birləşmələr var. İzotiyosiyanatlar xərçəngə səbəb olan maddələrin bədəndən çıxarılmasına kömək edir və şişlərin inkişafının qarşısını alır. 2010-cu ildə aparılan bir araşdırma, turp kökü ekstraktının bəzi xərçəng hüceyrə xətlərində hüceyrə ölümünə səbəb olan bir neçə növ izotiyosiyanat ehtiva etdiyini tapıb.

½ fincan turp porsiyası 1 qram lif verir. Gündəlik bir neçə porsiya lif yemək gündəlik lif qəbulunuza çatmağa kömək edəcəkdir. Lif tullantıların bağırsaqdan keçməsinə kömək edir və qəbizliyin qarşısını alır. Lif, eyni zamanda, qan şəkərini idarə etməyə kömək edir və həmçinin kilo verməyə və xolesterol səviyyəsini azaltmağa kömək edir.

2008-ci ildə yüksək xolesterollu bir pəhrizlə qidalanan siçanlar üzərində aparılan bir araşdırmanın nəticələri turpun həzm funksiyasını yaxşılaşdırmaq üçün yaxşı bir lif mənbəyi olduğunu göstərir. Bu qismən safra istehsalının artması ilə əlaqəli ola bilər.

Başqa bir araşdırma turp suyunun mədə toxumalarını qoruyaraq və selikli baryeri gücləndirərək mədə xoralarının qarşısını almağa kömək edə biləcəyini tapdı.

Mukus baryeri mədə və bağırsaqları düşmən mikroorqanizmlərdən və xora ilə iltihaba səbəb ola biləcək zərərli toksinlərdən qorumağa kömək edir.

Kaliumla zəngindir

Turp bir çox sağlamlıq faydaları verən və kalium ehtiva edən bir tərəvəzdir. Kalium turpun vacib bir mineralıdır və bədən üçün bir sıra həyati funksiyaları yerinə yetirir. 

Turp kaliumla zəngin bir tərəvəzdir. Kalium sinir hüceyrələrinin düzgün işləməsini təmin edir və sinir keçiriciliyində mühüm rol oynayır. Həm də əzələlərin düzgün işləməsini təmin edir, əzələ sancılarını tənzimləyir və rahatlama prosesini idarə edir. Kalium çatışmazlığı halında əzələ zəifliyi, sancı və əzələ spazmları kimi problemlər yarana bilər.

Mənbə: CNN Türk

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et