Bu gün:

Dünən Ər-Riyaddakı Kral Xalid Hava Limanına edilən hücum nəticəsində bir nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb


Səudiyyə Ərəbistanının Mülki Aviasiya üzrə Baş İdarəsi (GACA) Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını hədəf alan hücumda bir nəfərin həyatını itirdiyini, 11 nəfərin isə yaralandığını açıqlayıb.

GACA tərəfindən yayılan açıqlamada, dünən günortadan sonra Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına qarşı həyata keçirilən hücumla bağlı məlumatlar təqdim edilib.


Açıqlamada hücum nəticəsində Pakistan vətəndaşı olan bir nəfərin həyatını itirdiyi, 11 nəfərin isə xəsarət aldığı bildirilib.


Qeyd olunub ki, xəsarət alanlar zəruri tibbi yardımın göstərilməsi üçün dərhal xəstəxanaya çatdırılıb; hücum hava limanına maddi ziyan vurub və hazırda ziyanın qiymətləndirilməsi işləri davam etdirilir.


Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası dünən elan etdi ki, Ər-Riyaddakı Kral Xalid Hava Limanının sərnişin terminalına mərmi düşməsi nəticəsində yanğın baş verib.


Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et