Bu gün:

Baxçalının “İcra hakimiyyətində Ərdoğan, qanunvericilikdə MHP” formulu


MHP sədri Dövlət Baxçalı oktyabrın 6-da partiyasının Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısında etdiyi çıxışda “Dünyanın qeyri-müəyyənliyə sürükləndiyi bir dövrdə Türkiyənin ehtiyacı sabitlikdir” deyib.
24media.az BBC-yə istinadən bildirir ki, MHP sədri Dövlət Baxçalı ötən həftə yeni qanunvericilik ilinin ilk qrup toplantısında etdiyi çıxışda “İcra hakimiyyətində Ərdoğan, qanunvericilikdə MHP; Türkiyədə Cumhur İttifaqı, dünyada Türk Əsri” formulunu irəli sürüb.

Dövlət Baxçalı bir tərəfdən Türkiyə Prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğanın üçüncü dəfə prezidentliyə namizəd olmalı olduğunu müdafiə edib, digər tərəfdən isə MHP-nin parlamentdəki təmsilçilik gücünün və siyasi çəkisinin artırılmasının vacibliyini vurğulayıb.

Baxçalının açıqlamaları MHP-nin Cumhur İttifaqından imtina etmədən ittifaq daxilindəki mövqeyini gücləndirməyə çalışması kimi şərh olunur.

Fond əməliyyatları ilə bağlı iddiaların hakimiyyət düşərgəsində narahatlıq yaratdığı və seçici itkisi ilə bağlı narahatlıqların müzakirə olunduğu bir dövrdə səsləndirilən bu açıqlamalar MHP-nin mühafizəkar və millətçi seçicilərə ünvanladığı mesaj baxımından da əhəmiyyət daşıyır.

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et