Ukrayna cəbhə xəttini sabitləşdirib və çox sayda rus əsgərini öldürməklə Rusiyanın irəliləmək qabiliyyətini zəiflədib. Ukraynanın keçmiş baş komandanı BBC-yə müsahibəsində belə deyib.
24Media.az BBC News-a istinadən xəbər verir ki, bu, onun yay aylarında vəzifəsindən gözlənilmədən uzaqlaşdırılmasından sonra verdiyi ilk müsahibədir.
General Sırski vəzifədən çıxarılması məsələsinə də toxunub. O, Ukrayna ordusuna rəhbərlik etmək üçün çox köhnə düşüncəli olduğunu deyən tənqidçiləri ilə razılaşmadığını bildirib. Həmin tənqidçilər Ukrayna ordusunun yeni və texnoloji cəhətdən inkişaf etmiş qüvvələrə çevrildiyini vurğulayırdılar.
Nərmin Nəcəfova
