Bu gün:

IELTS imtahanına hazırlıq üçün effektiv üsullar hansılardır?


IELTS imtahanı ingilisdilli ölkələrdə təhsil almaq və ya işləmək üçün yeni imkanlar yaradır. Düzgün hazırlıq və ağıllı strategiyalarlarla nəticənizi artıra bilərsiniz.


1. IELTS imtahanının formatını ətraflı öyrənin

  • IELTS dörd bölmədən ibarətdir: Dinləmə (30 dəqiqə), Oxu (60 dəqiqə), Yazı (60 dəqiqə) və Danışıq (11–14 dəqiqə).
  • Hər bölmədə çoxseçimli suallar, qısa cavablar, esselər və müsahibələr kimi müxtəlif tapşırıq növləri var.
  • Bölmələr üzrə vaxt məhdudiyyətləri fərqlidir. Buna görə də vaxtınızı düzgün bölüşdürməyi məşq edin.

2. İngilis dili bacarıqlarınızı hər gün inkişaf etdirin

  • Xəbər məqalələri, bloqlar və akademik materiallar kimi müxtəlif ingilisdilli mətnlər oxuyun.
  • İngilis dilində podkastlara, mühazirələrə və xəbər proqramlarına qulaq asın.
  • Dostlarınız, müəllimlər və ya dil mübadiləsi tərəfdaşları ilə müntəzəm olaraq ingiliscə danışın.
  • Yazı bacarıqlarınızı inkişaf etdirmək üçün esselər, məktublar və hesabatlar yazın.

3. Zəif tərəflərinizi müəyyənləşdirin və onların üzərində işləyin

  • İstər yazıda fikirlərin ardıcıllığı, istər dinləyib-anlama, istərsə də danışıqda səlislik olsun, daha zəif olduğunuz bacarıqların inkişafına diqqət yetirin.
  • Dinləmə bölməsi üçün müxtəlif ingilis aksentləri ilə məşq edin (Britaniya, Avstraliya və Kanada aksentləri).
  • İnkişaf etdirməli olduğunuz tərəfləri müəyyənləşdirmək üçün danışıq məşqlərinizi qeydə alın.
  • Hər bölməni ayrılmış vaxt ərzində tamamlaya bilmək üçün vaxtın idarə olunması üzərində işləyin.

4. Rəsmi IELTS hazırlıq materiallarından istifadə edin

  • British Council, IDP və Cambridge tərəfindən təqdim olunan pulsuz rəsmi nümunə testlərdən və digər resurslardan istifadə edin.
  • Həqiqi imtahan suallarını və cavab açarlarını ehtiva edən Cambridge IELTS kitablarını əldə edin.
  • Əlavə məşq üçün rəsmi IELTS hazırlıq tətbiqlərindən istifadə edin.

5. Vaxtı düzgün idarə etməyi məşq edin

  • Tapşırıqları rəsmi vaxt məhdudiyyətlərinə uyğun şəkildə tamamlamağı məşq edin.
  • Əvvəlcə daha asan sualları cavablandırmaq, sonra isə çətin suallara qayıtmaq kimi strategiyalar hazırlayın.
  • Hər hansı bir suala həddindən artıq vaxt sərf etməkdən çəkinin.

Tərcümə etdi: Nərmin Məmmədzadə

Mənbə: Edu-Live Global

Paylaş
Şərh əlavə et