Bu gün:

İsrail müxalifətindən Trampın Netanyahoya dəstəyinə reaksiya


ABŞ Prezidenti Donald Trampın İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərə qısa müddət qalmış hazırkı Baş nazir Binyamin Netanyahuya dəstəyini açıqlaması müxalifətin reaksiyasına səbəb olub.

24media.az Trt Xəbərə istinadən xəbər verir ki, Netanyahunun seçkilərdə ən böyük rəqibi hesab edilən keçmiş Baş Qərargah rəisi və Yashar Partiyasının lideri Gadi Eisenkot iştirak etdiyi konfransda ABŞ-yə hörmət etdiyini, lakin ölkəsinin növbəti baş nazirinin kim olacağına İsrail seçicilərinin qərar verəcəyini bildirib.


Eisenkot Kanal 12-yə verdiyi müsahibədə də daha əvvəl amerikalılarla görüşdüyünü və İsraildəki seçkilərə müdaxilə edilməməsini xahiş etdiyini qeyd edib.


Seçkilərə qısa müddət qalmış İrana hücumla bağlı danışan Eisenkot, “Təcili və dərhal hərəkətə keçməyi tələb edəcək hər hansı məlumat və ya hadisə” görmədiyini bildirib. O, bu məsələdə hazırkı Baş Qərargah rəisi Eyal Zamirə güvəndiyini ifadə edib.


Digər tərəfdən, keçmiş müdafiə naziri və Evimiz İsrail Partiyasının lideri Avigdor Liberman da İsrailin 103FM radiosuna verdiyi müsahibədə ABŞ ilə İsrail arasında misli görünməmiş hadisələrin baş verdiyini bildirib.


“Tramp Bibi adlı kuklası vasitəsilə İsraili idarə etməkdən məmnundur”


Liberman, “Anladığım qədərilə, Prezident Tramp Bibi adlı kuklası vasitəsilə İsraili idarə etməkdən böyük məmnunluq duyur. Burada gördüklərimiz əvvəllər heç vaxt görmədiyimiz hadisələrdir”, – deyə bildirib.


Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et