XX əsrin əvvəllərində Ernst Lüdviq Kirxner, Maks Pexşteyn, Karl Şmidt-Rotluf və Erix Hekkel təbiət qoynunda yaşamaq və rəsm çəkmək üçün şəhərləri tərk ediblər.

24Media.az VisitBerlin.de/en-ə istinadən xəbər verir ki, onlar öz rəsmlərində, qrafik işlərində, çap əsərlərində və akvarellərində təbiət mənzərəsini, həyatı, insan bədənini və dinamik həyatı tərənnüm edirlər.
Sərgi "Brücke" (Körpü) qrupunun rəssamlarının insanla təbiət arasında harmoniya yaratmaq istiqamətindəki axtarışlarını təqdim edir. "Brücke" hərəkatından təxminən 100 il sonra təbiətlə münasibətlərimiz köklü şəkildə dəyişib.
Sərgi ilə paralel olaraq, muzey öz bağında "Çöldə şam ağacları altında" adlı bədii təbiət marşrutunu istifadəyə verib. Bu layihə üçün müasir rəssamlar məhz həmin məkana xas yeni əsərlər yaradırlar.
Aygül Alıyeva
