Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus hücum dronlarının saxlanıldığı Kiyev bölgəsindəki Mikuliçi logistika anbarına zərbələr endirib.
24Media.az NEWS.ru saytına istinadən xəbər verir ki, hücum nəticəsində anbara ziyan dəyib.
Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Kiyevdəki Darnitsa lokomotiv deposuna zərbə endirdiyi bildirilib. Bu depo hərbi və ikili təyinatlı yüklərin daşınması üçün istifadə olunan qatarların təmiri ilə məşğuldur. Bundan əlavə, Ukrayna paytaxtındakı Pulp Mill Print zavodunda uzun mənzilli raketlərin və pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğul olan emalatxananın da hədəfə alındığı bildirilib.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin 24 saat ərzində Ukraynanın hərbi-sənaye kompleksi və Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi nəqliyyat infrastrukturu obyektlərinə zərbələr endirdiyi açıqlanıb. Zərbələr taktiki aviasiya, PUA-lar, raket qüvvələri və artilleriyadan istifadə edilməklə həyata keçirilib.
Əli Balayev
