Bu gün:

Rafinya məşqlərə qayıdıb


Braziliyalı futbolçu Rafinya milli komandanın heyətində çıxış edərkən aldığı zədədən sonra ilk dəfə komanda yoldaşları ilə birlikdə məşq edib.

Rafinya “Barselona”nın məşqində komanda yoldaşları ilə birlikdə

24Media.az saytı FCBarcelona.com saytına istinadən xəbər verir ki,  “Barselona” oktyabrın 15-də Joan Qamper İdman Kompleksində növbəti məşqini keçirib. Baş məşqçi Hans-Diter Flikin rəhbərliyi ilə saat 11:00-da başlayan məşqdə əsas komandanın məşq üçün əlçatan bütün futbolçuları iştirak ediblər. “Barselona Atletik” komandasının futbolçusu Həmzə Abdelkərim də məşqə qoşulub. Andreas Kristensen və Runi Bardqi isə zədələri səbəbindən məşqdə iştirak etməyiblər.


Nazim Xeyirxəbərli

Paylaş