Bu gün:

Pələngin hücumuna məruz qalan şəxsin kimliyi aşkar olunub


Böyük Britaniyanın "Yorkshire Wildlife Park" vəhşi təbiət parkında pələngin hücumu nəticəsində həyatını itirən şəxsin şəxsiyyəti müəyyənləşdirilib. BBC-nin verdiyi məlumata görə, həlak olan şəxs uşaqlıqda aktyorluq etmiş 20-li yaşlarında olan Uilyam Çapmandır.

Faciəvi şəkildə həyatını itirən keçmiş uşaq aktyoru Uilyam Çapman.

Bu barədə məlumat Cənubi Yorkşir polis idarəsi və Böyük Britaniya mətbuatı tərəfindən yayılıb. Bildirilib ki, insident şənbə günü saat 13:30 radələrində baş verib; parkda tək olan Çapman pələngin saxlanıldığı xüsusi əraziyə daxil olub və hadisə yerindəcə dünyasını dəyişib.  

Günün əsas gəlişmələrindən biri isə şahidlərin ifadələri və hadisədən əvvəl çəkilmiş görüntülər olub. Şahidlərin sözlərinə görə, Çapman qulaqlıq taxaraq ərazinin ətrafında gəzişdikdən sonra pələngin yanına enib. Park rəhbərliyi hücum edən nadir Amur pələngi Altayın uyudulmayacağını və xüsusi zonada qalacağını açıqlayıb.  

Məşhur keçmişə malik Uilyam Çapmanın uşaq ikən müxtəlif televiziya layihələrində yer aldığı bildirilir. Baş vermiş faciəvi hadisədən sonra park təxliyə edilib və təhlükəsizlik qaydalarının pozulması ilə bağlı müvafiq qurumlar tərəfindən genişmiqyaslı araşdırmalara başlanılıb.

Bizim qənaətimizcə, vəhşi təbiət parklarında və zooparklarda təhlükəsizlik baryerlərinin artırılması və ziyaretçilərin nəzarətdə saxlanılması müstəsna əhəmiyyət kəsb edir. Hətta ən müasir mühafizə sistemləri belə, insan faktorunun riskli addımlarının qarşısını almaqda bəzən yetərsiz qalır. Bu cür faciələrin təkrarlanmaması üçün həm ziyarətçilərin təhlükəsizlik qaydalarına ciddi əməl etməsi, həm də park rəhbərliklərinin fiziki maneələri daha da keçilməz etməsi vacibdir.

Hazırladı: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et