Rusiya Ukraynanı neft emalı zavoduna hücum etməkdə ittiham edib. Bu hadisə Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-nin istəyinə görə belə hücumların dayandırıldığını, lakin yenidən başlayacağını açıqlamasından sonra baş verib.
24Media.az BBC News saytına istinadən xəbər verir ki, Ukrayna Prezidenti bildirib ki, o, üç gün ərzində hücumları məhdudlaşdırıb. Bu müddətdə isə Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirib.
Zelenski həmçinin ABŞ-ni Rusiyanın hücumları ilə bağlı kəşfiyyat məlumatlarını Ukrayna ilə paylaşmağı dayandırmaqda ittiham edib. Onun sözlərinə görə, ABŞ bu addımla Kiyevə hücumları tamamilə dayandırmaq üçün təzyiq göstərmək istəyib. Zelenski həmçinin Ukrayna ordusunun istifadə etdiyi Starlink peyk xidmətinə qoyulan məhdudiyyətlərin qəsdən tətbiq edildiyini bildirib.
Nərmin Nəcəfova
