Bu gün:

Messinin adı artıq And dağlarında yaşayacaq


Argentinalı ulduz futbolçu Lionel Messinin adı Peruda nəsli kəsilmək təhlükəsi ilə üzləşən bir bitkiyə verilib.24media.az TRT Haberə istinadən bildirir ki, Argentinalı futbolçu Lionel Messinin adı Peruda kəşf edilən bir bitkiyə verilib.
Botanika sahəsində elmi məqalələrin dərc olunduğu Phytotaxa jurnalının oktyabr sayında yer alan elmi araşdırmada bildirilir ki, Perunun mərkəzi və cənub hissəsində, And dağlarında kəşf edilən bitkiyə Messinin şərəfinə “Salvia messii” adı verilib.
Bitkinin açıq mavi və ağ rəngli çiçəklərinin Argentina millisinin formasını xatırlatdığı qeyd olunub.
Nanə və adaçayı fəsiləsinə aid olan bu bitkinin təxminən 1,5 metr hündürlüyə qədər böyüyə bildiyi bildirilib.
Dəniz səviyyəsindən təxminən 2 min metr yüksəklikdə, dağlıq ərazilərin qayalı və quraq yamaclarında bitən bu növün məhdud coğrafi ərazidə yayılması səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi də vurğulanıb.

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et