Kanadanın Alberta əyalətində hərbi bazanın yaxınlığında baş verən böyük yanğın nəticəsində bir neçə nəfər ölüb və ya yaralanıb. Bu barədə ölkənin hərbi qüvvələri məlumat verib.
24media.az BBC News saytına istinadən xəbər verir ki, Kanada Silahlı Qüvvələri bildirib ki, hadisənin nəticələri hələ də araşdırılır. Ölən və yaralananların sayı ilə bağlı ətraflı məlumat araşdırma başa çatdıqdan sonra açıqlanacaq.
Yanğın şənbə günü yerli vaxtla saat 16:00-da ölkənin ən böyük hərbi təlim bazalarından biri olan Veynrayt Hərbi Bazasının yaxınlığında başlayıb.
Nərmin Nəcəfova
