
Macarıstanın Semmelweis Universitetinin alimləri apardıqları araşdırmada qadınların uşaq sahibi olmaq üçün ən təhlükəsiz yaş aralığının 23-32 olduğunu ortaya çıxarıblar.
Alimlər 1980-2009-cu illər arasında uşaq dünyaya gətirmiş 31 128 qadının məlumatlarını ana yaşı ilə körpələrdə qeyri-genetik doğuş anomaliyaları arasında əlaqə kontekstində təhlil ediblər.
"Doğum anomaliyalarının ən az görüldüyü 10 yaş aralığı"nı təyin etməyə çalışan tədqiqatçılar hamiləlik üçün ideal yaş aralığının 23-32 yaş aralığı olduğunu təyin ediblər".
Ananın yaşı artdıqca…
Araşdırma həmçinin müəyyən edib ki, ananın yaşı artdıqca körpələr Daun sindromu, ürək xəstəliyi, dodaq və damaq yarığı kimi xəstəliklərlə daha çox qarşılaşırlar.
Gənc yaşda dünyaya övlad gətirən anaların körpələrində dodaq və damaq yarığı riskinin yüzdə 9 faiz, 32 yaşdan yuxarı hamiləliklərdə isə bu riskin yüzdə 45 faiz olduğu bildirilib.
Genetik pozulmalara diqqət edilib
Gənc yaşda dünyaya övlad gətirən anaların körpələrində anadangəlmə həzm sistemi pozğunluqları riskinin 23-32 yaş aralığı ilə müqayisədə 23 faiz, 32 yaşdan yuxarı doğum edən qadınların körpələrində isə bu nisbətin 15 faiz yüksək olduğu müəyyən edilib.
Əvvəlki tədqiqatlar genetik pozğunluqlar ilə ananın yaşı arasındakı əlaqəni təsdiqləsə də, qeyri-xromosom anomaliyaları ilə ananın yaşı arasındakı əlaqəyə dair tədqiqatlar yoxdur.
Mənbə: Sözcü
Tərcümə etdi: Lalə Mənəfova
