Bu gün:

Sabahdan tarixi qələbə


Azərbaycan təmsilçisi “Sabah”dan tarixi qələbə! İlk dəfə UEFA Çempionlar Liqasında mübarizə aparan Bakı klubu “Slaviya Praqa”nı 2:0 hesabı ilə məğlub edərək Avropanın bir nömrəli klub turnirində ilk 3 xalını qazanıb.

24media.az TRT sportsa istinadan bildirir ki, Azərbaycan təmsilçisi “Sabah” Futbol Klubu Çempionlar Liqasındakı ikinci oyunundan qələbə ilə ayrılıb. Tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində mübarizə aparan Bakı təmsilçisi qələbə üçün çox gözləməyib.

“Qara-çəhrayılar” Liqa mərhələsinin ikinci matçında doğma meydanda “Slaviya Praqa”nı 2:0 hesabı ilə məğlub edərək azarkeşlərinə böyük sevinc yaşadıblar.

Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada “Sabah” 49-cu dəqiqədə Kaheem Parris-in qolu ilə 1:0 hesabı ilə önə keçib. Daha sonra Joy Lance Mickels 88-ci dəqiqədə rəqib qapısına yol taparaq matçın yekun hesabını müəyyənləşdirib.

Bu nəticə ilə “Sabah” tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasında ilk qələbəsini qazanaraq tarixi uğura imza atıb. Azərbaycan təmsilçisi turnirin ilk turunda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.

36 komandanın mübarizə apardığı Çempionlar Liqasında “Sabah” 19 milyon avroluq büdcəsi ilə ən aşağı büdcəyə malik klubdur.

2017-ci ildə yaradılan Bakı təmsilçisinin heyətində 20 əcnəbi futbolçu yer alır. “Qara-çəhrayılar”ın bazar dəyəri ən yüksək olan oyunçusu 2 milyon 500 min avro ilə polşalı sol cinah müdafiəçisi Tymoteusz Puchacz-dır.

Azərbaycan Premyer Liqasında ehtiyatda bir oyunu olmaqla ikinci pillədə qərarlaşan “Sabah” Çempionlar Liqasındakı üçüncü matçında oktyabrın 20-də doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Tərcümə etdi-Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et