Model Barbara Palvin ilk övladını dünyaya gətirdikdən təxminən altı həftə sonra, oktyabrın 18-də 2026-cı il “Victoria’s Secret” moda nümayişində iştirak edib. PEOPLE jurnalının məlumatına görə, 33 yaşlı model Los-Ancelesdə keçirilən nümayişdə romantik üslublu, üzərində yazılar olan şəffaf çəhrayı gecə geyimi ilə podiuma çıxıb. O, obrazını həcmli saç düzümü və çəhrayı tonlarda makiyajla tamamlayıb.

Barbara Palvin “Victoria’s Secret” moda nümayişində podiumda
24media.az people.com-a istinadən məlumat verir ki, Palvin və həyat yoldaşı, aktyor Dilan Sprous sentyabrın 28-də qız övladlarının dünyaya gəldiyini açıqlayıblar. Model nümayişdən əvvəl PEOPLE jurnalına açıqlamasında bildirib ki, doğuşdan sonrakı altıncı həftəsini başa vurmaq üzrədir və özünü yaxşı hiss edir. O, “Victoria’s Secret” komandasının onu nümayişə dəvət etməsini və qadınlara dəstək göstərməsini ruhlandırıcı hesab etdiyini vurğulayıb.
Model podiumda özünü güclü hiss etdiyini nümayiş etdirib, həyat yoldaşı isə onu ön sıradan alqışlayıb və ona öpüş göndərib.
Palvin analığın ilk həftələrini həyat yoldaşı ilə birlikdə valideynliyə uyğunlaşdıqları çətin, lakin duyğusal bir dövr kimi təsvir edib. O, Dilan Sprousun qız atası olmağa çox yaraşdığını da bildirib.
Oktyabrın 8-də 33 yaşını qeyd edən model ilk ad gününü ana kimi qarşılayıb. Ertəsi gün sosial şəbəkədə qızı Silvini qucağında saxladığı fotoları paylaşıb. Körpənin adı ilk dəfə Sprousun “Wildmen” podkastında açıqlanıb.
Cütlük mayın 14-də Kann Film Festivalının 79-cu buraxılışında hamiləlik xəbərini ictimaiyyətə açıqlamışdı. Sentyabrın 28-də paylaşdıqları birgə fotoda isə qızlarının dünyaya gəldiyini elan edərək “Bu il Əmək Gününü sözün əsl mənasında qeyd etdik” yazıblar. Paylaşımda ailənin Los-Anceles “Dodgers” komandasının formalarını geyinərək televizorda beysbol oyununa baxdığı an əks olunub.
Barbara Palvin sonuncu dəfə 2025-ci ildə “Victoria’s Secret” moda nümayişində podiuma çıxıb. Bu ilki nümayişdən əvvəl Dilan Sprous həyat yoldaşının dörd həftə əvvəl ayağını sındırdığını və podiuma çıxarkən zədəsinin hələ tam sağalmadığını bildirib. O, Palvinə uğurlar arzulayaraq həyat yoldaşının çıxışının uğurlu olacağına inandığını söyləyib.
İki il Nyu-Yorkda keçirilən “Victoria’s Secret” moda nümayişi bu il Los-Ancelesə qayıdıb. Brend iyulun 16-da sosial şəbəkədə tədbirin Hollivudun və ulduzların vətəni sayılan Los-Ancelesdə keçiriləcəyini elan edib.
Nümayişdə Cici Hadid, Aleks Konsani, Paloma Elsesser və Ebi Çempion da daxil olmaqla bir sıra məşhur modellər iştirak ediblər. Bu il ilk dəfə ölkə üzrə yeni model seçimi üçün kastinq də təşkil olunub. Seçim prosesi nümayişdən əvvəl yayımlanan “Angels Among Us” sənədli serialında işıqlandırılır.
Mələk Nəsirli
