“Beşiktaş” 2026–2027-ci illər Türkiyə Super Liqasının səkkizinci turu çərçivəsində oktyabrın 19-da, bazar ertəsi səfərdə “Trabzonspor”la üz-üzə gələcək.

24media.az “Bjk.com.tr” saytına istinadən xəbər verir ki, qarşılaşma Trabzondakı Papara Park stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunu Cihan Aydın idarə edəcək. Bersan Duran və Mustafa Savranlar yan hakimlər, Mehmet Türkmen isə dördüncü hakim olacaq.
“Beşiktaş” qarşılaşmaya çempionatın yeddinci turunda “Kocaelispor” üzərində qazandığı 2:1 hesablı qələbədən sonra çıxacaq. İstanbul təmsilçisi bu nəticənin davamını gətirməyə və “Trabzonspor”la çətin səfər oyununda da uğurlu çıxış etməyə çalışacaq.
Qeyd edək ki, “Trabzonspor” – “Beşiktaş” matçı 19 oktyabr 2026-cı il tarixində Trabzondakı Papara Park stadionunda keçiriləcək.
Nazim Xeyirxəbərli
