Bu gün:

Yəməndəki İranın dəstəklədiyi husi üsyançılarının hücumundan sonra Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib


 Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi sosial media hesabında paytaxt ərazisində müvafiq sistemin işə salındığını elan edib. 

24media.az Trt Xəbərə istinadən bildirir ki,qurum həmçinin vətəndaşlara vəziyyəti dərhal izləmələri barədə məlumat xarakterli bildiriş yayıb. Şahidlərin sözlərinə görə, xəbərdarlıqdan sonra Ər-Riyadda dörd partlayış səsi eşidilib. Qısa müddət sonra Mülki Müdafiə İdarəsinin yaydığı açıqlama da bunu təsdiqləyib. Ər-Riyaddakı mobil telefon istifadəçilərinə təhlükənin sovuşduğunu, mümkün zərbə nöqtələrindən uzaq durmağı və ətrafdakı hər hansı yad cisimə yaxınlaşmamağı bildirən ikinci bir xəbərdarlıq göndərilib. Yəməndəki İranın dəstəklədiyi husilər bir müddətdir ki, ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə paytaxt Ər-Riyada və Səudiyyə Ərəbistanının bir çox digər bölgələrinə hücumlar həyata keçirirlər.


Nəzrin Nəsirova


Paylaş
Şərh əlavə et