Türkiyə polisi ölkənin ən çox izlənilən xəbər kanallarından birinin baş qərargahına basqın edib və kanalın canlı yayımlarını dayandırıb.
24media.az BBC News saytına istinadən xəbər verir ki, maliyyə cinayətləri polisi müxalifətyönlü Halk TV kanalının binasında axtarış aparıb. Kanalın sahibi ilə əlaqəli basqın zamanı 11 nəfərin saxlanıldığı bildirilir. Hökumət həmçinin kanalı idarə etmək üçün yeni administrator təyin edib.
Bu hadisə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və onun hökumətini tənqid edən xəbər mənbələrinə qarşı tədbirlərin davamıdır.
Nərmin Nəcəfova
Nərmin Nəcəfova mənbələrinə qarşı tədbirlərin davamıdır.
