Bu gün:

Yerə ən yaxın “nəhəng qara dəlik” aşkar edilib


Süd Yolu qalaktikasındakı ən böyük ulduz klasteri olan Omeqa Sentavrının içərisində kəşf edilən qara dəliyin təxminən 8200 günəş kütləsi kütləsi var.
Astronomların "zamanında donmuş kosmik ipucu" kimi təsvir etdikləri qara dəlik Yerə indiyə qədər kəşf edilmiş ən yaxın qara dəlikdir.

Çərşənbə günü “Nature” jurnalında dərc edilən araşdırmada astronomlar bu çətin tapılan "orta ölçülü" qara dəliyin "ulduz kütləsi" və "superkütləli" qara dəliklər arasındakı əlaqəni anlamaq üçün yeni suallar gətirəcəyini yazdılar.

Qara dəliklər üç növə bölünür: superkütləli, orta ölçülü və ulduz kütləli qara dəliklər.

Əvvəllər Yerə ən yaxın olan qara dəlik 1560 işıq ili uzaqlıqda olan və Günəşdən on qat böyük kütləyə malik olan “ulduz kütləsi” Gaia BH1 idi.

Kiçik qara dəliklərin birləşməsi nəticəsində əmələ gələn "superkütləli" qara dəliklərin kütləsi Günəşin kütləsindən milyonlarla dəfə böyükdür.

“Orta ölçülü” qara dəliyin kəşfi Yerdən təxminən 18.000 işıq ili uzaqlıqda yerləşən və on milyon ulduzdan ibarət olan Omega Centauri kolleksiyasına əlavələr edir.

Mənbə: diken.com.tr

Tərcümə etdi: Aydan İbrahimli 

Paylaş
Şərh əlavə et