Bu gün:

Banqladeşdə qızılcadan ölən uşaqların sayı 1201-ə çatıb


Banqladeşdə mart ayının ortasından davam edən epidemiya zamanı qızılca şübhəsi ilə həyatını itirən uşaqların sayı 1201-ə yüksəlib.24media.az TRT Haber saytına istinadən xəbər verir ki, ölkənin Səhiyyə Xidmətləri Baş İdarəsi martın 15-dən bəri qızılcaya bənzər simptomları olan 1097 uşağın, təsdiqlənmiş qızılca diaqnozu qoyulan isə 104 uşağın öldüyünü açıqlayıb. Həmin dövrdə qızılca şübhəsi ilə 190 663 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 183 042-si sağalaraq evə buraxılıb. Qızılcaya bənzər simptomları olanların ümumi sayı 214 551-ə, təsdiqlənmiş yoluxma hallarının sayı isə 23 157-yə çatıb. Son 24 saat ərzində 1307 şübhəli və 35 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.Ölkədə mart ayında başlayan təcili peyvəndləmə kampaniyası əvvəlcə 6 ayla 5 yaş arasındakı uşaqları əhatə edib, daha sonra isə mərhələli şəkildə genişləndirilib.Qeyd edək ki ,qızılca pnevmoniya və ensefalit kimi ağırlaşmalara səbəb ola bilən, peyvənd vasitəsilə qarşısı alına bilən yoluxucu xəstəlikdir.

Fidan Mənsimova




Paylaş
Şərh əlavə et