Bu gün:

İran: Uranın bir qramı belə ölkədən çıxarılmayacaq


İran Milli Təhlükəsizlik Ali Şurasının Baş katibi Möhsin Rzai bildirib ki, zənginləşdirilmiş uranın bir qramı belə İrandan çıxarılmayacaq. O, ABŞ-nin etimad yaradacaq addımlar atana qədər heç bir danışıq aparılmayacağını da vurğulayıb.

24media.az TRT Haber saytına istinadən xəbər verir ki, Rzai sosial media hesabından paylaşdığı açıqlamada ölkəsi ilə ABŞ arasında davam edən hərbi gərginliklə bağlı fikirlərini bölüşüb.İranın əlindəki zənginləşdirilmiş uranın aqibəti ilə bağlı müzakirələrə münasibət bildirən Rzai deyib: “Zənginləşdirilmiş uranın bir qramı belə İrandan çıxarılmayacaq”. Vaşinqton administrasiyası ilə aparılacaq danışıqların etimadın yaradılmasından asılı olduğunu vurğulayan Rzai bildirib: “ABŞ etimad yaradacaq addımlar atana qədər heç bir danışıq aparılmayacaq. Bu proses İranın bütün şərtlərinin tam şəkildə yerinə yetirilməsi ilə başlamalıdır”.

Fidan Mənsimova



Paylaş
Şərh əlavə et