Bu gün:

Nigeriyada Ebola virusuna yoluxma halı təsdiqlənib


Nigeriyanın paytaxtı Abucada Uqandadan gələn qadında Ebola virusu aşkarlanıb. Ölkənin Səhiyyə Nazirliyi yoluxma halını təsdiqləyib.


24media.az The Guardian’a istinadən xəbər verir ki, Qadında simptomlar oktyabrın 7-də başlayıb, o, dörd gün sonra xəstəxanaya yerləşdirilib. Nigeriya rəsmiləri xəstə ilə təmasda olmuş 44 nəfəri müəyyənləşdirərək onların izlənilməsinə başlayıblar.

Uqanda Səhiyyə Nazirliyi qadının bu ölkədən yalnız tranzit keçdiyini və Konqonun şərq bölgəsinə işgüzar səfərdə olduğunu bildirib. Yoluxmanın harada baş verdiyi hələ araşdırılır.

Ebola epidemiyası regionda yayılmaqda davam edir. Keniyada indiyədək 9 yoluxma qeydə alınıb. Afrika Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, Bundibuqyo Ebola ştammı ilə bağlı epidemiya bir neçə Afrika regionuna yayılıb və ölüm göstəricisi təxminən 50 faizdir.

Ümumdünya Səhiyyə Təşkilatı hazırkı epidemiyanın qeydə alınan ən sürətlə yayılan Ebola epidemiyası olduğunu bildirir.

Aydan Xudayarova


Paylaş
Şərh əlavə et