Bu gün:

İsveç kralı görüş zamanı Zelenskinin əlini sıxmaqdan imtina edib


İsveç kralı XVI Karl Qustav Ukrayna prezidenti Volodimir Zelenski ilə əl sıxmaqdan imtina edib. Görüntülərdə Ukrayna liderinin bir neçə dəfə əl uzatdığı, lakin monarxın siyasətçini yalnız şifahi salamladığı görünür.

İsveç kralı XVI Karl Qustav 

24media.az News.ru saytına istinadən xəbər verir ki, Etiket qaydalarına görə, monarx əl sıxmağa başlamalı idi, lakin Zelenski bu qaydaya məhəl qoymayıb. Əvvəlcə əl sıxmadan krala əl uzatmaq protokolun pozulması hesab olunub.

Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Svetlana Jurova da bildirib ki, Zelenski müsahibə zamanı ictimai rəğbət qazanmağa çalışdığı üçün göz yaşlarına boğulub. O, Zelenskinin münaqişələrin həlli ilə bağlı danışıqlar başa çatana qədər hakimiyyətdə qalmaq niyyətində olduğuna inanır.

Daha əvvəl bildirilib ki, Finlandiya prezidenti Aleksandr Stubb İspaniya Kralı VI Felipe haqqında xoşagəlməz bir zarafat etdikdən sonra özünü çətin vəziyyətdə tapıb. Kral və Kraliça Letisiya iki günlük səfərlə Helsinki və Rovaniemi şəhərlərini ziyarət edirdilər.

Əli Balayev 

Paylaş
Şərh əlavə et