Fransada ilk dəfə insanda Şamonda virusu aşkarlanıb. Virusun həmin şəxsin ölümünə səbəb olub-olmadığı araşdırılır.
24media.az The Guardian-a istinadən xəbər verir ki, Şamonda virusu yoluxmuş xırda qansoran milçəklərin dişləməsi ilə yayılır və bunyaviruslar qrupuna aiddir.
Avstriyanın Sağlamlıq və Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, virus iribuynuzlu və xırdabuynuzlu heyvanlarda ishal, iştahasızlıq və süd məhsuldarlığının azalmasına səbəb ola bilər. Həmçinin, virus heyvanlarda abort hallarına, yeni doğulmuş buzov, quzu və çəpişlərdə isə anadangəlmə qüsurlara yol aça bilər.
Agentliyin bildirdiyinə görə, İsveçrə və Almaniyada nevroloji simptomlar səbəbindən tələf olmuş atların beynində də Şamonda virusunun genetik materialı aşkarlanıb.
Fərid Tapdıqov
