“Fənərbağça”da Oğuz Aydın yüksələn performansı ilə diqqətləri üzərinə çəkir. Bu mövsüm 16 rəsmi matçda meydana çıxan milli futbolçu 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
24media.az TRT Haberə istinadən bildirir ki,“Fənərbağça”nın futbolçusu Oğuz Aydın son həftələrdəki yüksələn performansı ilə diqqət mərkəzinə düşüb. “Samsunspor” və “Çaykur Rizespor”la səfər oyunlarında vurduğu vacib qollarla ön plana çıxan Aydın, “Slaviya Praqa” ilə qarşılaşmada da komandasına qol töhfəsi verib. Ümumilikdə 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan 26 yaşlı futbolçu hücumdakı məhsuldarlığı ilə diqqət çəkib.
Mövsümün müəyyən mərhələlərində meydana çıxmaq şansı qazanan Oğuz Aydın ona verilən fürsətləri dəyərləndirməyi bacarıb. 16 matçın 7-də ilk 11-likdə meydana çıxan milli futbolçunun performansı Avropa klublarının da diqqətini cəlb edib.
İngiltərə Premyer Liqasında çıxış edən “Aston Villa” klubunun nümayəndələri “Fənərbağça” ilə keçirilən oyundan sonra milli futbolçunun vəziyyəti ilə bağlı məlumat alıblar.
“Fənərbağça”dakı çıxışı ilə seçilən Oğuz Aydın son dövrlərdə milli komandada da müntəzəm olaraq forma geyinib. Türkiyə millisinin formasını 12 matçda geyinən 26 yaşlı futbolçu həm klubunda, həm də milli komandada sabit performans nümayiş etdirməyi hədəfləyir.
Fəqan Nurullazadə
